Son dəqiqə
15-07-2024, 11:37
181

Məhərrəmlikdə Bakıda toy olacaq - Hansı şadlıq evləri sifariş alıb, hansılar yox...

Məhərrəmlikdə Bakıda toy olacaq - Hansı şadlıq evləri sifariş alıb, hansılar yox...





İslam təqvimi ilə iyulun 7-dən İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələrinin zülmə qarşı mübarizədə şəhid olduqları Məhərrəm ayını yaşayırıq. Azərbaycanda böyük əksəriyyət Məhərrəm ayında toy etməyin haram olduğunu düşünürək, bundan çəkinir. Bununla yanaşı, Şimal-qərb və Qərb bölgəsində - Zaqatala, Balakən, Qazax rayonlarında Məhərrəm ayında toy-nişan mərasimləri edənlər də olur.

Ümumiyyətlə, İslam dinində Məhərrəm ayında toy etmək qadağası yoxdur. Amma inanclı insanlar İmam Hüseyn və tərəfdarlarının şəhadətinə ehtiram əlaməti olaraq toy etmirlər.

Maraqlıdır, Məhərrəm ayı daxil olandan sonra Bakıdakı şadlıq evlərinə toy-nişan mərasimləri üçün müraciət edilibmi?

Modern.az-ın əməkdaşı bununla əlaqədar bəzi restoranlarla əlaqə saxlayıb.

"Böyük Saray"dan bildirilib ki, Məhərrəm ayı başlayandan sonra toy-nişan üçün sifariş almayıblar.

"Grand Opera" şadlıq sarayından verilən məlumata görə, hazırda toy etmək üçün heç kim qeydiyyatdan keçməyib.

"Neolit" restoranından da deyilib ki, Məhərrəm ayı boyunca toy-nişan mərasimləri təşkil etməyəcəklər. Çünki bunun üçün kimsə müraciət etməyib.

"Zağulba" şadlıq sarayından deyiblər ki, bu ay üçün müraciət edən müştəri yoxdur.

"Niaqara" restoranından isə əksinə, bildirilib ki, bu ay üçün toy etmək istəyənlər var, müraciət də qəbul edilib.

Qeyd edək ki, şadlıq saraylarında bu ay üçün menyuların qiymətində heç bir endirim nəzərdə tutulmayıb.

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu