Son dəqiqə
16-07-2024, 11:11
200

Uşaqları dənizdə boğulan valideynlər 10 il həbs olunmalıdır - Sosioloqdan QALMAQALLI AÇIQLAMA

Uşaqları dənizdə boğulan valideynlər 10 il həbs olunmalıdır - Sosioloqdan QALMAQALLI AÇIQLAMA




“Uşaqları dənizdə batan valideynlər ən azı 10 il müddətinə həbs olunmalıdır”.

Bu sözləri sosioloq Elçin Bayramlı Facebook sosial şəbəkəsində paylaşıb. Onun bu fikirləri müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Elçin Bayramlı Referans.az-a açıqlamasında ətraflı fikirlərini bildirib.

“Təəssüf ki, bu cür hadisələrin 90 faizi valideyn məsuliyyətsizliyi ilə bağlı olur. Bu, birbaşa insan həyatı ilə bağlı olan məsuliyyətsizlikdir. Biri var adi məsuliyyətsizlik, onun nəticəsi yüngül xətalarla ötüşə bilir. Biri də var ki, insan həyatını məhv edən məsuliyyətsizliklər. Bu artıq ciddi bir cinayət faktı kimidir. Uşaq qarşısında valideynin məsuliyyəti var. Onu sağlam böyütmək, zərərli vərdişlərdən uzaqda saxlamaq, təhlükəli yerlərdə qorumaq və s. Əgər bunu valideyn edə bilməyəcəksə, belə riskə getməməlidir. Yüz illərdir valideynlər uşaqları ilə birgə dəniz, göl və s. bu kimi yerlərə gedirlər. Amma biz müşahidə edirik ki, məsuliyyətsiz valideynlərin ailələrində bu cür faciələr baş verir yalnız”.

Sosioloq bildirib ki, belə hallarda, təbii ki, valideyn öz cəzasını alır. Amma bu bəs etmir. İnsanları belə hallardan çəkindirmək üçün hüquqi-inzibati cəzalar da tətbiq olunmalıdır.

“Öz təcrübəmdən danışmaq istərdim. 15 ilə yaxındır ki, ailəmlə, övladlarımla dənizə gedirəm. Hər saniyə gözün onların üzərində olur, bir dəfə belə tək suya girmələrinə icazə vermirəm, nəzarətsiz qoymuram. Bəzilərinə fikir verdikdə isə görürəm ki, uşaqları başlı-başına buraxırlar, xilasedicilər uşağı xilas etdikdən sonra valideynini axtarır. Bu o deməkdir ki, həmin valideynin uşaq yadına belə düşmür. Belə valideynlər mütləq cəzalandırılmalıdır, başqa yolu yoxdur”.

Ekspert qeyd edib ki, cəzasızlıq mühiti bütün bədbəxt hadisələrin səbəbidir. Buna görə də insanları bundan çəkindirmək üçün cəzaların tətbiqi vacibdir.

“Qeyd etdiyim məsələ təkcə dəniz məsələsinə aid deyil, istənilən belə təhlükəli hallardan övladını qoruya bilməyən valideynlərə şamil olunmalıdır bu cəzalar. Məsələn, elə valideynlər var ki, 14-15 yaşında uşaqlara maşın açarı verir və onu istifadə etməyə təhrik edir. Bu uşaq da qəza törətdikdə həm öz, həm də başqalarının həyatını məhv edir. Bütün bunları nəzərə alaraq cəza sistemi sınaqdan keçirilə bilər”.

Xebertv.info

Digər xəbərlər

Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər - FOTO
Sabah qeyri-iş günüdür? - AÇIQLAMA
Universitet yataqxanasında yanğın: 45 nəfər təxliyə edilib - YENİLƏNİB
Azərbaycanda daha 558 nəfər COVID-19-dan sağalıb, 396 nəfər yoluxub, 6 nəfər vəfat edib
Lənkaranda 17 yaşlı oğlan süni göldə batdı
Milli Məclisdə payız sessiyasının ilk iclası keçiriləcək. Deputatlar nəyi müzakirə edəcək?
Çavuşoğlu: "Qarabağa səfərlərə Rusiya sülhməramlıları deyil, Azərbaycan icazə verməlidir"
Lider TV bütün əməkdaşlarını işdən çıxardı
Müdafiə Nazirliyi hüququ olmadan hərbi forma geyinənlərlə bağlı məlumat yaydı
DİN karantin postlarındakı vəziyyəti açıqladı
Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə xəbərdarlıq etdi
Azərbaycan Prezidenti: “Hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq”
Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”  - VİDEO
İlham Əliyev Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb
Təhsil müəssisənin direktoru DƏYİŞDİRİLDİ – YENİ TƏYİNAT ( FOTO)
İmadəddin Nəsimiyə həsr olunan nəşrlərin təqdimatı keçirilib
Sabirabadda mərkəzi küçədə ağaclar məhv edilir -
Deputat Feyziyev - adi “Mauqli” banderloqu
Valideynlər məktəbli forması almaqda maraqlı deyillər
“Lotu Quli”nin dəstəsinə qardaşı başçılıq edəcək
Bu vətəndaşlarımızın gözlədiyi möhtəşəm xəbər gəldi – Millət vəkilindən açıqlama
Tanınmış iş adamı koronavirusdan vəfat etdi
Ermənilər növbəti itkilərini açıqladı
Fransa Mətbuatı: "Ermənistan Qarabağa Yaxın Şərqdən silahlılar gətirib”
Prezident transseksualı öldürən hərbçini əfv etdi
Azərbaycanda partiya sədri barəsində cinayət işi başlandı - 100 minlik dələduzluq
Bakıda iki klinikanın rəhbəri işdən çıxarıldı
Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu
Altı partiya hesabat verdi: Beşinin gəliri olmayıb
Zəngəzurda gərginlik: Xüsusi təyinatlılarımız 50 ermənini mühasirəyə aldı