Son dəqiqə
17-07-2024, 10:04
160

İşğaldan azad olunmuş ərazilərdə hansı vakansiyalar tələb edilir?

İşğaldan azad olunmuş ərazilərdə hansı vakansiyalar tələb edilir?




İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq və bərpa işlərinin geniş miqyas alması həmin bölgədə məşğulluq imkanlarını da artırıb. Bir çox vətəndaşlarımızı işğaldan azad olunan ərazilərimizdəki iş imkanları maraqlandırır.

Bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə hansı peşə sahiblərinə daha çox ehtiyac var? - sualı ilə Dövlət Məşğulluq Agentliyinə müraciət etdik.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda Laçın rayonu, Zəngilan rayonunun Ağalı kəndi, Füzuli şəhəri, Cəbrayıl rayonu, Şuşa şəhəri, Xankəndi əraziləri üzrə aktiv vakansiya və iş imkanları mövcuddur.

Bu iş imkanlarından yararlanmaq istəyən vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin elektron xidməti olan "Əmək və məşğulluq" altsistemində yaradılan vakansiya bankına daxil ola, orada yerləşdirilən boş iş yerləri arasındakı işğaldan azad olunan ərazilər üzrə olan vakansiyalarla tanış ola və seçim edə bilərlər.

"Hazırda həmin ərazilərdə tikinti, bərpa, yenidənqurma işləri aparıldığı üçün məskunlaşma imkanları üçün təqdim edilən vakansiyalar əsasən mühəndis, usta, fəhlə, elektrik, kassir, satıcı, operator, ictimai iaşə və xidmət sahələrini əhatə edir.

Vakansiyalar üzrə tələblər və əməkhaqqı isə işəgötürən tərəfindən tənzimlənir və bu, vəzifəyə görə dəyişir.

Təhlillərə əsasən, vakansiyalar köç prosesinin həyata keçirildiyi və köçün planlaşdırıldığı əraziləri əhatə edir.

Həmçinin qeyd edək ki, işğaldan azad olunan ərazilərə gedərək orada çalışmaq istəyən şəxslər üçün agentlik tərəfindən də dəstək mexanizmi qurulub. Belə ki, agentliyin rəsmi saytında "Qarabağda iş imkanları" bölməsi yaradılıb və işəgötürənlər tərəfindən quruma təqdim edilən vakansiyalar barədə məlumatlar yer alıb.

Burada vakansiyanı təqdim edən şirkət, vakansiya tələbləri, iş rejimi, əməkhaqqı və digər məlumatlarla ətraflı tanış olmaq mümkündür.

Namizədlərin öz CV-lərini yönləndirə bilmələri üçün elektron mail ünvanı da yaradılıb və həmin bölmədə qeyd edilib. Vakansiyaya müraciət etmək istəyən şəxslər həmin elektron poçt ünvanına öz məlumatlarını yollaya bilərlər.

Bundan başqa işğaldan azad olunan ərazilərdə çalışmaq istəyən vətəndaşlar agentliyin regional məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilirlər. Bu zaman müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndirilərək onların uyğunluğu müəyyən edilir və göndərişlər formalaşdırılır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bu günlərdə mətbuata açıqlama verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə bildirmişdi ki, bir çox fəaliyyət sahələri var ki, həmin vakansiyalar üzrə əmək fəaliyyətinə cəlb olunacaq şəxslər asanlıqla tapılmır.

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu