Son dəqiqə
18-07-2024, 14:52
166

Hakimiyyət ciddi dəyişikliklərə hazırlaşır: Milli Məclisdə 3 yeni vitse-spiker - ADLAR

Hakimiyyət ciddi dəyişikliklərə hazırlaşır: Milli Məclisdə 3 yeni vitse-spiker - ADLAR




Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin ötən gün keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı təsdiqləndi. YAP 125 dairənin hər birində öz namizədini irəli sürməklə marafonun favoriti olduğunu ortaya qoydu.

YAP-ın budəfəki siyahısı ciddi müzakirə mövzusu olaraq qalır. 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində 27 qadının namizədliyini irəli sürən hakim partiya bu dəfə 34 xanıma etimad göstərib. Həmçinin, gənc nəsli təmsil edən 20-ə yaxın YAP üzvü iqtidar partiyasının seçkidəki namizədi ola bilib.

Qeyd edək ki, YAP-ın ötən gün açıqladığı siyahıda diqqətçəkən ən önəmli məqam partiyanın məşhur simalarından bir neçəsinin mübarizədən kənarda qalmasıdır. Bəlli olduğu kimi, YAP Vasif Talıbov, Oqtay Əsədov, İsa Həbibbəyli, Səttar Möhbalıyev, Cavid Osmanov, Mahir Abbaszadə kimi məşhur üzvlərinə bu dəfə etimad göstərmədi. Partiya sırasında yer alan bəzi stajlı YAP-çıların namizədliyinin isə formal xarakter daşıdığı bildirilir. Onların namizəd olduqları dairələrdə aparıcı müxalifət funksionerlərinin və cəmiyyətdə nüfuz sahibi olan tanınmış ziyalıların qalib elan ediləcəyi iddia olunur.

Hakimiyyət Milli Məclisin timsalında daha ciddi dəyişiklərə hazırlaşır. Bu dəyişikliklərin parlamentin rəhbərliyini əhatə edəcəyi deyilir. Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, Milli Məclisin hazırkı sədri Sahibə Qafarova öz postunu qoruya biləcək. Amma birinci vitse-spiker və digər iki spiker yeni şəxslərlə əvəzlənəcək.

Yenisabah.az parlament yeni tərkibdə fəaliyyətə başlayandan sonra Milli Məclisin rəhbərliyində təmsil olunacaq şəxslərin adlarını öyrənə bilib. Məlum olub ki, deputat Tahir Mirkişili birinci vitse-spiker postunu tutacaq. Hazırda Baş nazirin müavini vəzifəsində çalışan Əli Əhmədov isə iyulun 8-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən sabiq vitse-spiker Adil Əliyevi əvəzləyəcək. Parlamentdə müxalifəti təmsil edən digər vitse-spiker Fəzail İbrahimlini isə BQP sədri Fazil Mustafa əvəz edəcək.

Məlumatlı şəxs YAP rəhbərliyinin bu qərarı hakimiyyətin yuxarı eşelonu ilə razılaşdırdığını bildirib.

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu