Son dəqiqə
22-07-2024, 09:49
187

Tibb bacısı qadına iynə vurub, yatırtdı və…

Tibb bacısı qadına iynə vurub, yatırtdı və…





Bir müddət əvvəl Bakıdakı özəl klinikalardan birində liposaksiya (artıq piy toxumasının çıxarılması) əməliyyatı etdirmiş qadının pulları və qızılları evinə çağırdığı tibb bacısı tərəfindən oğurlanıb.

Hadisə Novxanı kəndindəki bağ evində baş verib.

Belə ki, Çinarə Sultanova (soyadlar şərtidir) əməliyyatdan sonra gündəlik iynə vurdurmalı olduğu üçün əvvəldən tanıdığı Səidə adlı tibb bacısını evinə çağırıb. Tibb bacısı müyyən məbləğ qarşılığında xidmət göstərməyə razılaşıb.Sonrakı gün Səidə Məmmədova müştərinin evinə gedib və orada Çinarənin tək olmasından istifadə edərək, "Lidaza" və "Lidokain" adlı pereparatları qarışdıraraq ona dozadan artıq miqdarda iynə vurub. Özünü pis hiss edən Çinarə Sultanova huşunu itirdikdən sonra Səidə evdə olan 3 500 dolları və 8 000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək qaçıb. O, evdən çıxarkən Çinarənin "Porşe" markalı avtomobilində olan bahalı əşyanı da götürüb.

Hadisədən bir neçə saat sonra ev sahibi özünə gəlib, dərhal oğluna və qohumlarına məlumat verib. Onlar evdən pul və qızılların oğurlandığını görərək Səidəni axtarmağa başlayıblar. Səidə törətdiyi əməli qismən etiraf edərək, bunu borclarına görə etdiyini deyib.

Bundan sonra Abşeron Rayon Polis İdarəsində Səidə Məmmədova barəsində cinayət işi açılıb. Həbs olunacağını görən qadın vurduğu zərəri qarşı tərəfə ödəyib. Bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında Çinarə Səidədən artıq şikayətçi olmadığını deyib.

Abşeron Rayon Məhkəməsi Səidəni Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə təqsirli bilinib. O, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və bədəninə elektron qolbaq taxılaraq polisin nəzarəti altında olmaqla sərbəst buraxılıb./publika.az

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu