Son dəqiqə
23-07-2024, 11:17
418

Xırdalanın Heydər Əliyev prospektindəki acınacaqlı mənzərəyə dözməyən alabula pişik “intihar edib - RƏZALƏT/ FOTOFAKTLAR

Xırdalanın Heydər Əliyev prospektindəki acınacaqlı mənzərəyə dözməyən alabula pişik  “intihar edib -  RƏZALƏT/ FOTOFAKTLAR











Xeyli müddətdir ki, Abşeron rayonu ərazisində sosial problemlərin baş alıb getməsi, sərhəd tanımayan qanunsuzluqların hökm sürməsi, sakinlərin olmazın hoqqalarla üz-üzə qalmaları və s. kimi məsələ və problemlərin varlığı, ölkə gündəmində daha çox müzakirələrə səbəb olsa da, nədənsə Abdin Fərzəliyevin rəhbərlik etdiyi bu rayonda yenə də “köhnə hamam, köhnə tasdır”. Ola bilər ki, Abşeronda hökm sürən dözülməz vəziyyətin varlığına karın yazdığı məktubu korun oxuya bilməməsi səbəb olur. Söz yox ki, bu da irəli sürülən versiyalardan biridir. İndi isə keçək əsas mətləbə. Bu günlərdə redaksiyamıza Xırdalan şəhər sakinləri tərəfindən belə bir məlumat çatdırıldı ki, şəhərin Heydər Əliyev prospektinin ərazisi zibilliklər içindədir. Redaksiyamıza daxil olan bu məlumatdan sonra qeyd olunan ərazilərdə olduqda, gözlərimizlə gördüklərimizdən dəhşətə gəldik. Çünki, Ulu Öndərin adını daşıyan prospektin əraziləri elə bir rəzil vəziyyətdə idi ki, ümumi mənzərəni görənlərin başı gicəllənirdi.



Bəli, əvvəlcə prospektin ərazilərində müəyyən video-çəkilişlər həyata keçirdik və ilk əvvəl bu haqda Abşeron RİH başçısının müavini İlkin Əsədovu məlumatlandırdıq. O halda o, “Siz video-çəkilişləri mənə göndərin, qeyd olunan problemlə bağlı dərhal lazımi tədbirlərimizi görək” dedi. Düzdür, biz həmin çəkilişi İlkin Əsədova göndərdik, amma o, bu problemlə bağlı deyil, dərhal bizimlə bağlı lazımi tədbirini gördü. Yəni, İlkin müəllim dərhal telefonumuzu blokladı. Bu da bu şəxsin düşüncəsinə görə “dərhal görülən tədbir” oldu. Bəli, bütün bunlar onu göstərir ki, Xırdalan şəhəri, Heydər Əliyev prospektinin sağ və sol hissələrinin zibilliklər içərisində boğulması, bir növ rayon rəhbərliyinin bu ilin 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək COP-29 konfransı ilə bağlı gördüyü “hazırlıq işləridir”.



Qeyd edək ki, İlkin Əsədovun belə bir yanaşmasından sonra, Heydər Əliyev prospektindəki dözülməz mənzərə ilə bağlı Abşeron RİH-nin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovu məlumatlandırmaq qərarına gəldik. Çox təəssüflər olsun ki, bu şəxsi məlumatlandırmaq üçün iki gün ərzində göstərdiyimiz cəhdlərimiz baş tutmadı.



Sonradan özünü Kommunal Xidmətlər İdarəsinin baş mühəndisi deyə təqdim edən Vüsal adlı şəxs isə bizə “Siz Vəli müəllimi neynirsiniz? Vaxt edin görüşək, mən nə lazımdırsa edim, siz də həyata keçirdiyiniz həmin çəkilişləri yayımlamayın. Vəli müəllim indi istirahətdədir, zəng edib mən onun istirahətini heç cür poza bilmərəm” dedi. Məsələnin daha utandırıcı tərəfi ondan ibarətdir ki, zirzibil o qədər aşıb-daşır ki, hətta həmin yerdə dözülməz mənzərəyə tab gətirməyən və buna görə də “intihar edən” alabula pişiyin ölmüş cəsədini də görmək mümkündür.



Bütün bunlardan əlavə, Xırdalan şəhəri Abşeron rayonunun mərkəzi ərazisi hesab olunsa da, bu şəhərin ayrı-ayrı ünvanlarındakı zibil qabları olduqca köhnə olduğundan, onların çoxu sınıq-salxaq vəziyyətdədir. Faciə odur ki, şəhər ərazisində zibil tullantılarını daşıyan nəqliyyat vasitəsinə aid dövlət nömrə nişanı yoxdur. Torbalara yığılmış zibillər zibil maşınının sağ və sol hissələrindən asılır və belə bir vəziyyətdə də zibil maşını hərəkətdə olur. Bu da digər nəqliyyat vasitələrinin hərəkətlərinə çox ciddi maneələr yaradır.



Faktdır ki, qeyd etdiklərimiz bugünkü gündə Xirdalan şəhəri ərazisində yaşanan mənzərənin görünən tərəfləridir. Bütün bunlara baxmayaraq, Abşeron RİH-nin başçısı cənab Abdin Fərzəliyev ən mühün tədbirlər zamanı çıxış edib bildirir ki, “Abşeronun şəhər təsərrüfatında bütün işlər qaydasındadır”. O halda ortaya belə bir sual çıxır ki, görəsən icra başçısı Abdin Fərzəliyev düşünülmüş şəkildə insanları aldadır, yoxsa bu şəxs ölkə rəhbərinə yalan hesabatlar verməklə, bir növ özünü “sudan quru” çıxarmağa çalışır? Yaxud da, bu şəxsin verdiyi yalançı hesabatların arxasında nə kimi planlar durur?



Amma, onu da unutmaq olmaz ki, şəhər təsərrüfatına aid zibil qablarının, nəqliyyat vasitələrinin və s. olduqca köhnə, olduqca sınıq-salxaq vəziyyətdə olmasına səbəb, söylənilənlərə görə bu sahəyə kimlərinsə“əl qoyması" olur. Yəni, kimlərsə şəhər təsərrüfatına verilən nəqliyyat vasitələrinin, bir çox avadanlıqların “arxasına keçir”. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda Xırdalanın şəhər təsərrüfatı biabırçı vəziyyətdədir.



Qeyd edək ki, bu ilin noyabr ayında keçiriləcək COP-29 tədbiri ilə bağlı Bakı şəhərində ciddi hazırlıq işləri görülür, paytaxta bitişik Xırdalan şəhərində isə əməlli-başlıca anarxiyadır. Çünki, bu şəhərin ərazisində yaşanan problemləri zəng edib bir kimsəyə demək mümkün olmur. Səbəb də o olur ki, vəzifə sahiblərinin tam əksəriyyəti telefon zənglərinə cavab vermirlər. Bu da onu göstərir ki, icra başçısı Abdin Fərzəliyev üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirmir, yaxud da yerinə yetirməyi bacarmır.

Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.



Xebertv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -