Son dəqiqə
25-07-2024, 11:44
234

Azərbaycanda siqaretin qiyməti nə qədər artacaq?

Azərbaycanda siqaretin qiyməti nə qədər artacaq?





“10 ədəd siqaret üçün olan artım 7 qəpikdir. Bir ədədinə hesablasaq, 0.7 qəpik düşür. Bir qutuda 20 ədəd siqaret olduğunu nəzərə alsaq, bir qutuya artım 14 qəpikdir”.

Bunu bir sıra tütün məhsulları üçün aksiz dərəcələrinin artımını Oxu.Az-a şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Ekspert siqarlarla bağlı vəziyyətin başqa cür olduğunu qeyd edib:

“Siqarlarda bir ədədə görə artım 0.25 qəpikdir. 10 ədədlik qutunun artım qiyməti 2 qəpik yarım təşkil edir. Ona görə də siqarların qiymətində ciddi bir artım olmayacaq, amma siqaretin qiymətində 15-20 qəpik artım gözlənilir. Birdəfəlik istifadə olunan elektron siqaretlər, qəlyan və onların əvəzedicilərindəki artımlar daha ciddidir. Belə ki, onların aksiz dərəcəsi səkkiz dəfəyə qədər artırılıb. Onların qiymətində ən azı 2 manatlıq artım gözlənilə bilər”.

“Siqaret istifadəçiləri bunu birmənalı qarşılamasalar da, siqaretin qiymətinin artmasının böyük ölçüdə faydaları daha çoxdur. İnsanlar bunu etiraf etməsələr belə, hər qiymət artımından sonra siqareti tərgidən insanların sayı artır. Bunu BMT və Azərbaycanın Dövlət Statistika Komitəsi də təsdiqləyir ki, kişilər arasında siqaret çəkənlərin sayında azalma tendensiyası var.

Dünyanın bir çox ölkələrində müəyyən yaşdan sonra insanlara siqaret satılması qadağan edilib. Siqaret yeganə məhsuldur ki, onun qiyməti artanda təəssüf yaşamıram”, - deyə Eldəniz Əmirov əlavə edib.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.

Dəyişikliyə görə, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Xebertv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -