Son dəqiqə
21-08-2024, 10:17
238

Bakı metrosuna komfortlu, səs-küysüz qatarlar gətirilir: geniş qapılar, USB portlar... - AÇIQLAMA

Bakı metrosuna komfortlu, səs-küysüz qatarlar gətirilir: geniş qapılar, USB portlar... - AÇIQLAMA







Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında aparılan mövzulardan biri də Rusiyanın “Transmaşholdinq” şirkətinin Bakı metropoliteni üçün vaqonların böyük partiyasının istehsalı idi.

Bu vaqonlar Azərbaycana nə vaxt gətiriləcək və hansı üstünlükləri olacaq?

Mövzu ilə bağlı danışan "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, Bakı Metropoliteninə 65 vaqon gətiriləcək.

"Üç illik müqaviləyə əsasən Bakı metropoliteninə 65 yeni vaqon gətiriləcək. Onlardan 35-i bu ilin sonuna qədər Bakıya çatdırılacaq və mərhələ ilə istifadəyə veriləcək. Artıq iki qatar tərkibi üzərində, yəni 10 vaqon üzərində işlər başa çatdırılıb. Bakıya gətirildikdən sonra vaqonlarda tamamlama, sazlama, sınaq, tənzimləmə işləri aparılacaq və qatarlar Bakı metropoliteninə daxil olduqca məhz bu qayda ilə də xəttə buraxılacaq".

Bəxtiyar Məmmədov yeni vaqonlarda mikroiqlim nəzarəti sisteminin olacağını dedi.

"Sərnişinlər üçün ən vacib yeniliklər ondan ibarətdir ki, vaqonlar mikroiqlim nəzarəti sistemi ilə təchiz olunur. Yəni Bakı metropolitenin texniki şərtlərinə uyğun olaraq məhz paytaxtımızın iqlim şəraitinə uyğun kondisioner və digər mikroiqlim nəzarəti parametrlərinə uyğun sistemlə təchiz olunur. Bundan əlavə olaraq ultrabənövşəyi şüalarla təchiz olunaraq salonun mühitinin təmizlənməsi kimi funksiyası da var. Təbii ki, USB portlar, əlil arabası üçün yerlər, xüsusi təyin olunmuş zonalar var. Sərnişinlərimiz üçün ən vacib məqamlardan biri əvvəlki nəsil vaqonlardan fərqli olaraq onların qapıları daha genişdir. Bu isə Bakı metropolitenində sıx daşıma şəraitində sərnişinlərin minib, düşmə rahatlığı və intensivliyini artırır. Bu da yubanmaların sayını azaldır. Bakı metropolitenin əsas problemlərindən biri də sərnişinlərimizin özünün düşəcəyi stansiyaya uyğun çıxışa ən yaxın qapılara üstünlük verməsidir. Amma belə olduqda artıq sərnişin istədiyi qapıdan daxil olaraq qatar boyu xüsusi yerdə rahat hərəkət edə biləcək. Bu vaqonlarda sərnişinlərin bərabər paylanmasına da müsbət təsir göstərir. Bundan başqa texniki cəhətdən əvvəlki nəsil qatarlardan kifayət qədər fərqlənir, maşinist üçün daha rahatdır. Bunu maşinistin ən yaxın köməkçisi də adlandırırıq. Çünki bu qatarlarda olan sistemlər hətta bəzi nasazlıqlar barədə vaxtından əvvəl də xəbər verə bilir. Yəni bütün qatarda olan sistemlərin iş rejiminə uyğun olaraq yarana biləcək nasazlıq barədə məlumatı maşinistə ötürə bilir. Bütün qatarın iş prinsipləri barədə daim onun monitorinqində məlumatlar olur. Ən üstün cəhətlərdən biri də bu qatarlar səs-küysüzdür".

Müsahibimiz yeni vaqonların gətirilməsinin sıxlığa təsir etməyəcəyini vurğuladı:

"Qeyd etdiyim cüzi elementlərdən savayı, ümumi götürdükdə isə Bakı metropolitenində hər gələn yeni nəsil qatar məhz mikrolin nəzarəti sistemi ilə təchiz olunduğundan və daha komfortlu olduğundan sərnişinlərimizə rahat olacaq. Hələlik sərnişin sıxlığının azaldılmasına çox təsir göstərməsə də yeni nəsil qatarların sayı artdıqca sərnişinlərin hərəkət rəvanlığında da müəyyən üstünlüklər olacaq. Sərnişin rahatlığı ilə yanaşı, metropolitendə hərəkətin tənzimlənməsi baxımından da müsbət təsirləri olacaq".

B.Məmmədovun sözlərinə görə, köhnə qatarların istismar müddətini başa vurduqdan sonra fəaliyyəti dayandırılacaq.

"Hər bir qatarın istismar müddəti 30-31 ildir. Bu istehsalçının təyin etdiyi istismar müddətidir. Bu müddət ərzində Bakı metropolitenində qatarların baxış qulluğu, təmiri vaxtı-vaxtında aparıldığından və daim nəzarət altında saxlandığından təbii ki, bu müddətdə tam olaraq istismar olunur. Metropolitendə vaqonların yenilənməsinin əsas iki vacib şərti var: Ya onlar istismar müddətini başa vurmalıdır, ya da xətlərin sayı uzandıqca stansiyaların sayı artanda xüsusi tələbat olarsa, mütləq qaydada buna uyğun olaraq da yeni qatarlar alınır", - deyə o qeyd etdi./Redaktor.az

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda devalvasiya gözlənilir?
Bayram günlərində avtomobillərin texniki baxışı necə təşkil olunacaq? (AÇIQLAMA)
BNA: 1 400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Õtən il bu qədər tələbə vəfat edib
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
5 deqiqəyə gözəl salat resepti
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Holand rekorda bir addım qaldı
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? — FOTOFAKT
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Masallı rayon Mərkəzi xəstəxanasının sabiq direktorunun məhkəməsi başlayır
İlham Əliyev: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik”
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bu ölkədə boş evin kilidini qırıb yerləşmək cinayət DEYİL
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Tofiq Yaqubluya hökm oxundu
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Umayra Tağıyeva: “Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir”
Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? - SİYAHI
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir
Mikayil Cabbarov bizi küçələrdə qoyub! -
Yeni qanun: Qadınlar təca  ? Tarih:GÜçünü öldürsə də, cəza almayacaq
Trampı zəhərləməyə cəhd etdilər
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub
Xoşqədəmin verilişi bağlandı