Son dəqiqə
22-08-2024, 15:25
136

İrəvan bu fürsəti gözləyir, hücuma keçəcək - AÇIQLAMA

İrəvan bu fürsəti gözləyir, hücuma keçəcək - AÇIQLAMA






"Bu təxribatlar göstərir ki, onlar öz niyyətlərindən geri çəkilməyiblər, hər hansı lokal təxribatlar törədə bilərlər. Ermənistan əslində sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Sözdə təkliflər verirlər, cəhd edirlər, amma mahiyyət odur ki, bu situasiyanı müəyyən vaxta qədər qoruyub saxlamağa çalışırlar. O vaxta qədər ki, Azərbaycan və Türkiyə zəifləsin, bu ölkələrin müttəfiqliyinə xələl gəlsin, sonra hansısa niyyətlərini həyata keçirsinlər".
Bu sözləri Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyə üstünlük təşkil edir:

"Guya bir gün Azərbaycanın neft-qaz ehtiyatları tükənəcək və zəifləyəcək, onda hücum edəcəklər. Əslində Ermənistanın Azərbaycana qarşı müharibə aparmaq gücü yoxdur. Nə qədər silah versələr də, ayrı-ayrı ölkələrin hərbçiləri, təlimatçıları gəlsə də, xeyri yoxdur.

Ermənistan müharibənin nəticələrindən narazıdır. Nikol Paşinyan bir qədər realdır, lakin o da öz mövqeyində ardıcıl deyil".

Siyasətçi bildirib ki, böyük dövlətlər regionda güclənmək üçün İrəvandan istifadə edirlər:
"ABŞ, Qərb və Fransa orada bir hərbi baza yaratmaq istəyirlər. Daha doğrusu, Ermənistanın özünü bir hərbi bazaya çevirmək istəyirlər. Ola bilər ki, ABŞ hərbçiləri Ermənistan ordusu adı altında hərəkətə keçsin, onların hərbi geyimində və s. Ermənistan onların istəklərini yerinə yetirir. İstənilən bir halda ABŞ Ermənistan ordusu adı altında Rusiyaya, İrana, hətta Türk dünyasına qarşı əməliyyat keçirə bilər".

Siyasətçi son olaraq vurğulayıb ki, Ermənistanın məqsədi Gürcüstan və Azərbaycanın hesabına ərazilərini genişləndirməkdir:

"Lakin Azərbaycanın həm hərbi, həm iqtisadi və siyasi gücü buna imkan vermir, verməyəcək də. Bu gün Azərbaycan dünyada regionun lider dövləti kimi qəbul edilir".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son günlərdə Naxçıvan və Kəlbəcərdəki mövqelərimiz bir neçə dəfə atəşə tutulub.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda devalvasiya gözlənilir?
Bayram günlərində avtomobillərin texniki baxışı necə təşkil olunacaq? (AÇIQLAMA)
BNA: 1 400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Õtən il bu qədər tələbə vəfat edib
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
5 deqiqəyə gözəl salat resepti
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Holand rekorda bir addım qaldı
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? — FOTOFAKT
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Masallı rayon Mərkəzi xəstəxanasının sabiq direktorunun məhkəməsi başlayır
İlham Əliyev: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik”
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bu ölkədə boş evin kilidini qırıb yerləşmək cinayət DEYİL
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Tofiq Yaqubluya hökm oxundu
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Umayra Tağıyeva: “Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir”
Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? - SİYAHI
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir
Mikayil Cabbarov bizi küçələrdə qoyub! -
Yeni qanun: Qadınlar təca  ? Tarih:GÜçünü öldürsə də, cəza almayacaq
Trampı zəhərləməyə cəhd etdilər
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub
Xoşqədəmin verilişi bağlandı