Son dəqiqə
Mədəniyyət
24-08-2024, 12:55
113
Afaq ideal bədənini nümayiş etdirdi
Ekranlardan uzaq düşən aparıcı Afaq Gəncəli son paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Olay xəbər verir ki, xeyli çəki atan televiziya ulduzu ideal və fit bədən quruluşunu güzgü önündə nümayiş edib.
Gəncəlinin sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşdüyü görüntülərdə qarın nahiyyəsindəki "paxlava"ları nəzərdən qaçmayıb.
Qeyd edək ki, A.Gəncəli Xəzər televiziyasında "Şourum" verilişinin aparıcısı olub. Bir müddət sonra sözügedən proqramın yayımı dayandırılıb. Afaq fəaliyyətini sözügedən kanalda həmkarı Tural Əsədovla birgə "Səhər mərkəzi" verilişini apararaq davam etdirib. Daha sonra isə Gəncəli səhhəti ilə əlaqədar həmin proqramla yollarını ayırıb.
Xebertv.info