Son dəqiqə
28-08-2024, 16:41
152

Həm anası, həmdə qızıyla sevgili imiş: Xaçmazdakı iyrənc olay CİNAYƏTƏ SƏBƏB OLDU - ŞOK TƏFƏRRÜAT

Həm anası, həmdə qızıyla sevgili imiş: Xaçmazdakı iyrənc olay CİNAYƏTƏ SƏBƏB OLDU - ŞOK TƏFƏRRÜAT






Hadisə rayonun Şimali kəndində baş verib. Samir Hacıəliyev ailə qurmaq istədiyi qızın anası Gülnaz Sultanovanın baş və bədən nahiyyələrinə ağır xəsarətlər yetirib. Daha sonra Samir qadının hərəkətsiz qaldığını görərək onun öldüyünü güman edib və Yalama polis bölməsin gələrək həyətində adam öldürdüyün bildirib. Lakin Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın hadisədən 5 gün sonra dünyasını dəyişib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Samir Hacıəliyev bildirib ki, 2014-cü ildə tanış olduğu Xaçmaz rayonu, Yalama kənd sakini Şəfanə Feyzullayeva ilə ailə qurmaq istəyib. 2015-ci ilin qış aylarında sevgilisi ona zəng edərək anası Gülnazın onu evdən qovduğunu və getməyə yerinin olmadığını deyib. Şəfanə ilə evlənmək fikri olduğundan onu yaşadığı evə gətirib. Bir neçə gün sonra anasının məsləhəti ilə qız öz evlərinə qayıdıb. Bundan sonra Samir tez-tez onlara qonaq gedib. Gülnaz onunla yaxınlıq etməyə çalışıb. O, isə qadına qızını sevdiyini və onunla ailə qurmaq istədiyini söyləyərək ondan uzaq durmasını xahiş edib:

"Mən onlara gedib-gəlməyə başladım. Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevir, ona dedim ki, məndən əl çək, ayıbdır. Məndən əl çəkmirdi, maşın tutaraq arxamca gəzirdi. Dostlarımın yanında məni sevdiyini deyirdi. Deyirdi ki, məni sevməsən qızımı öldürəcəm".

Bir gün Şəfanə gilə qonaq gedəndə evdə tək olan Gülnaz Samirin sərxoşloğundan istifadə edib onunla cinsi əlaqədə olub.

Bir müddət yaxın münasibətləri davam edəndən onra Samir bunun səhv olduğunu başa düşüb və qadından uzaqlaşmağa çalışıb. Onun bu hərəkətindən acığa düşən Gülnaz qızına onların intim münasibətindən daşınıb. Bu səbəbdən Şəfanə həm ondan, həm də anasından üz döndərərək evdən çıxıb Bakıya gedib.

Gülnaz Samirdən yenədə əl çəkməyib. Tez-tez telefon nömrəsinə zəng edərək sərt şəkildə öz qısqanclığ iradlarını bildirib.

Martın 26-da Samir qardaşının evində Gülnaz Sultanova ilə görüşüb və spirtli içki qəbul ediblər. Bu zaman Samir Gülnazdan ondan əl çəkməsini, qızı ilə ailə qurmaq istədiyini deyib. Amma Gülnaz Samirin bu tələbini yenədə rədd edib.

Bu görüşdən bir gün sonra Samir evdə olarkən Gülnaz Sultanova Samirə bir neçə dəfə zəng edib. Əvvəl telefonu söndürsə də, sonra Gülnaz Sultanovanın zənginə cavab verib. Bu zaman Gülnaz Sultanova Samirdən qəzəblə nəyə görə telefon zənglərinə cavab vermədiyini soruşub və qısqanclıq iradlarını yenə də kobud şəkildə bildirməklə, həm onun, həm də anası Simnarə Hacıəliyevanın ünvanına nalayiq ifadələr işlədib.

Bundan sonra Samir Gülnazı öldürmək qərarına gəlib. Bu niyyətlə Gülnaz Sultanovanı anası Simnarə Hacəliyeva ilə görüşdürəcəyi bəhanəsi ilə yaşadığı evə dəvət edib. Gülnaz Sultanova Samirgilin evinə gələrkən sərxoş vəziyyətdə olub.

Qadını qapıda qarşılayan Samir həyətdə odun doğramaq üçün istifadə etdiyi baltanı götürərərk arxadan Gülnaz Sulatanovaya yaxınlaşıb və onun baş nahiyyəsinə 5 zərbə endirib.

Samir Gülnaz Sultanovanın öldürdüyünü güman edərək Xaçmaz rayon polis şöbəsinin Yalama polis bölməsinə gedərək təslim olub. Gülnaz Sultanova Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə prosesi zamanı Samir Hacıəliyev özünü qismən təqsirli bilib.

Məhkəmə tərəfləri dinlədikdən sonra hesab edib ki, Samir Hacıəliyevin törətdiyi cinayət əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.

Sonda məhkəmənin hökmü ilə Samir Hacıəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (referans.az)

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda devalvasiya gözlənilir?
Bayram günlərində avtomobillərin texniki baxışı necə təşkil olunacaq? (AÇIQLAMA)
BNA: 1 400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Õtən il bu qədər tələbə vəfat edib
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
5 deqiqəyə gözəl salat resepti
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Holand rekorda bir addım qaldı
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? — FOTOFAKT
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Masallı rayon Mərkəzi xəstəxanasının sabiq direktorunun məhkəməsi başlayır
İlham Əliyev: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik”
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bu ölkədə boş evin kilidini qırıb yerləşmək cinayət DEYİL
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Tofiq Yaqubluya hökm oxundu
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Umayra Tağıyeva: “Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir”
Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? - SİYAHI
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir
Mikayil Cabbarov bizi küçələrdə qoyub! -
Yeni qanun: Qadınlar təca  ? Tarih:GÜçünü öldürsə də, cəza almayacaq
Trampı zəhərləməyə cəhd etdilər
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub
Xoşqədəmin verilişi bağlandı