Son dəqiqə
30-08-2024, 17:27
171

Həyət evində yaşayanların diqqətinə - Cərimələnə bilərsiniz

Həyət evində yaşayanların diqqətinə - Cərimələnə bilərsiniz






Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək. Ödəməyən şəxslərdən isə həmin məbləğ məhkəmə qaydasında tələb ediləcək.

Bu barədə Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov məlumat verib.

Bələdiyyələr artıq real rejimdə ərazilərindəki vətəndaşların vergilərinin hesablanmasını həyata keçirirlər. Vergi qanunvericiliyinə əsasən, vətəndaş ona bildirişdə göstərilən vergi borcunu ödəməlidir. Yeni qaydaya əsasən, vergi borcunu ödəməyən şəxslərin məsələləri bələdiyyələr tərəfindən ərazi üzrə icra probasiya şöbələrinə təqdim edilir və ödəniş məhkəmə yolu ilə alınır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu, yalnız çıxarışı olan evlərə şamil olunur:

"Bu, çıxarışı olan və mülkiyyət hüququ tanınan əmlaklara şamil olunur. Bu kriteriyaya uyğun olan hər bir əmlak, torpaq əmlak vergisinə cəlb olunur. Həyət evi olanlar həm torpaq, həm də tikinti vergisi ödəyirlər, bina evləri isə sadəcə tikinti vergisini ödəyir. Əlavə dəbbə ödənilməsi isə ödəniləcək verginin üzərinə gələn faiz kimi başa düşülə bilər. Əmlak vergisi mütləq şəkildə ödənilməlidir. Ödənilmədikdə, zamanla üzərində dəbbə yığılır və ödəniləcək məbləğin miqdarı daha da artır".

Ekspert əlavə edib ki, bəzi istisnalar var ki, həmin əmlakların çıxarışı olmasa belə, bələdiyyələrə əmlak vergisi ödənilir:

"Hələlik qanunvericilik əmlak vergisini yalnız çıxarışlı mənzillərə şamil edir. Amma çıxarışı olmayan daşınmaz əmlakların mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ var. Bu səbəbdən bəzi ərazilərdə yerləşən evlər çıxarışı olmasa da, bələdiyyələrə əmlak vergisi ödəyir".

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda devalvasiya gözlənilir?
Bayram günlərində avtomobillərin texniki baxışı necə təşkil olunacaq? (AÇIQLAMA)
BNA: 1 400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Õtən il bu qədər tələbə vəfat edib
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
5 deqiqəyə gözəl salat resepti
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Holand rekorda bir addım qaldı
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? — FOTOFAKT
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Masallı rayon Mərkəzi xəstəxanasının sabiq direktorunun məhkəməsi başlayır
İlham Əliyev: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik”
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bu ölkədə boş evin kilidini qırıb yerləşmək cinayət DEYİL
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Tofiq Yaqubluya hökm oxundu
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Umayra Tağıyeva: “Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir”
Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? - SİYAHI
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir
Mikayil Cabbarov bizi küçələrdə qoyub! -
Yeni qanun: Qadınlar təca  ? Tarih:GÜçünü öldürsə də, cəza almayacaq
Trampı zəhərləməyə cəhd etdilər
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub
Xoşqədəmin verilişi bağlandı