Son dəqiqə
Aktual / Manset
31-08-2024, 15:14
146
Rəhbər işçidə hansı keyfiyyətləri dəyişdirə bilər?
Bəzən deyilir ki, tənbəl, işləməyən işçi yoxdur, idarəetmə səhvləri var. Bəzi hallarda da bunun əksini qeyd edirlər ki, rəhbər həmin şəxslərin üzərində nə qədər işləsə də işçinin işə olan marağını artıra bilmir. Ümumiyyətlə, rəhbər düzgün idarəetmə ilə işçidə hansı keyfiyyətləri dəyişdirə, yaxşılaşdıra bilər?
"SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov deyir ki, tənbəl işçi yoxdur demək olmaz:
"Şirkətə uyğun olmayan, o cümlədən tənbəl işçilər ola bilər. Amma bu, 70 % idarəetmədən və rəhbərlərdən asılıdır. Düzgün kadrların cəlb edilməsi, yaxşı korporativ mühitin, cəlbedici korporativ mədəniyyətin yaradılması işçinin işə olan marağını artıra bilər. Bir də işçini “işlədən” alətlər var ki, onlardan düzgün istifadə etmək lazımdır. Məsələn, işçinin qarşısına hədəf qoymaq, bonus sistemindən istifadə etmək, plan, deadline, feeadback kimi alətlərdən istifadə edərək işçinin işə olan marağını artırmaq olar. Bacarıqlar və səriştələr bir çox hallarda inkişaf etdirilə bilir. Bu, iççinin potensialından, öyrənməyə açıqlığından, öyrənmə qabiliyyətindən asılıdır". /Valyuta.az/
Xebertv.info