Son dəqiqə
31-08-2024, 15:22
176

Daha bir tender — Deputata məxsus olduğu deyilən şirkət bu il 4,2 milyonluq sifariş alıb

Daha bir tender — Deputata məxsus olduğu deyilən şirkət bu il 4,2 milyonluq sifariş alıb






Milli Məclisin IV çağırış deputatı Tahir Mirkişiliyə məxsus olduğu bildirilən "Ultra Technologies" MMC daha bir tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, tender Aqrar Sığorta Fondu tərəfindən informasiya texnologiyaları avadanlıqlarının, lisenziyalarının, proqram təminatlarının və ofis avadanlıqlarının satın alınması ilə bağlı keçirilib.

Satınalma müqaviləsinin maliyyə dəyəri 98 180,72 manatdır.

Bu tenderlə şirkətin 2024-cü ildə qalib seçildiyi satınalma müsabiqəsinin sayı 14-ə çatıb. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 242 937, 12 manatdır.

"Ultra Technologies" MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.

O, eyni zamanda MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 25-də yerləşir.

"Ultra Technologies" MMC 2016-cı ilədək "Ultra Computers" MMC adı ilə fəaliyyət göstərib.

Tahir Mirkişili isə 2000-2011-ci illərdə "Ultra Computers" şirkətində mühəndis, daha sonra isə direktor vəzifəsində çalışıb. Bu baxımdan, mediada şirkətin sahibi kimi onun adı çəkilir. Tahir Mirkişili indiyədək bu iddiaları təkzib etməyib.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda devalvasiya gözlənilir?
Bayram günlərində avtomobillərin texniki baxışı necə təşkil olunacaq? (AÇIQLAMA)
BNA: 1 400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Õtən il bu qədər tələbə vəfat edib
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
5 deqiqəyə gözəl salat resepti
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Holand rekorda bir addım qaldı
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? — FOTOFAKT
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Masallı rayon Mərkəzi xəstəxanasının sabiq direktorunun məhkəməsi başlayır
İlham Əliyev: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik”
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bu ölkədə boş evin kilidini qırıb yerləşmək cinayət DEYİL
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Tofiq Yaqubluya hökm oxundu
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Umayra Tağıyeva: “Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir”
Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? - SİYAHI
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir
Mikayil Cabbarov bizi küçələrdə qoyub! -
Yeni qanun: Qadınlar təca  ? Tarih:GÜçünü öldürsə də, cəza almayacaq
Trampı zəhərləməyə cəhd etdilər
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub
Xoşqədəmin verilişi bağlandı