Son dəqiqə
31-08-2024, 18:28
118

Bakıda ilginc dələduzluq: Yol kənarında ağlayan qadına 68 min "atdı" - "Generalın adamı"

Bakıda ilginc dələduzluq: Yol kənarında ağlayan qadına 68 min "atdı" - "Generalın adamı"






Bakıda avtomobildə oturub ağlayan qadının 68.425 manat pulunu mənimsəyən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Kəlbəcər şəhərində anadan olmuş Əli Cəfərova (soyad şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, Əli idarə etdiyi "Range Rover" markalı avtomobillə Həzi Aslanov metrostansiyası istiqamətində hərəkətdə olarkən yolda Səbinə (şərti) adlı qadınla tanış olub. Onların tanışlığı isə Əlinin qadının ağlamasını görüb, ona yaxınlaşması ilə baş tutub.

Belə ki, Əli Neyrocərrahiyyə xəstəxanasının qarşısında, işıqfor önündə dayanarkən yanında dayanmış ağ rəngli "Hyundai Santafe" markalı avtomobili idarə edən bir xanımın sükan arxasında əyləşib ağladığını görüb. Əli ondan ağlamasının səbəbini soruşub. Qadın isə ailə məsələsi ilə bağlı problem səbəbindən ağladığını deyib.

Bundan sonra Əli ona ürək-dirək verib, xoş sözlər deyib və nəticədə tanışlıqları yaranıb. Əli ona ilk görüşdən diqqət göstərib, özünü varlı iş adamı kimi təqdim edib. Hətta ölkənin sayılıb-seçilən bir generalının adamı olduğunu deyib və sübüt kimi "Getcontact" proqramında öz mobil telefon nömrəsinin "Generalın adamı", "General dediyi adam" və s. başqa adlarla yazıldığını göstərib.

Əli ilk tanışlıqlarında qadına özünün lyuks həyat yaşadığını, yalnız "Brioni", "Cavali" kimi bahalı brend dükanlardan geyim aldığını və geyindiyini də deyib. Beləcə qadını qurduğu işə şərik olmağa dəvət edən Əli ondan müxtəlif yollarla 68.425 manat alaraq, mənimsəyib.

Səbinə dələduzluğa məruz qaldığını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırma zamanı məlum olub ki, Əlinin heç vaxt avtomobili və imkanı olmayıb. O, "Rent a Car"dan avtomobil götürərək, dələduzluq edib. Geyindiyi geyimlər də saxta məhsullar olub və heç bir vəzifəli şəxslə də əlaqəsi olmayıb.

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 7 il azadlıqdan məhrum edilib.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda devalvasiya gözlənilir?
Bayram günlərində avtomobillərin texniki baxışı necə təşkil olunacaq? (AÇIQLAMA)
BNA: 1 400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Õtən il bu qədər tələbə vəfat edib
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
5 deqiqəyə gözəl salat resepti
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Holand rekorda bir addım qaldı
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? — FOTOFAKT
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Masallı rayon Mərkəzi xəstəxanasının sabiq direktorunun məhkəməsi başlayır
İlham Əliyev: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik”
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bu ölkədə boş evin kilidini qırıb yerləşmək cinayət DEYİL
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Tofiq Yaqubluya hökm oxundu
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Umayra Tağıyeva: “Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir”
Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? - SİYAHI
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir
Mikayil Cabbarov bizi küçələrdə qoyub! -
Yeni qanun: Qadınlar təca  ? Tarih:GÜçünü öldürsə də, cəza almayacaq
Trampı zəhərləməyə cəhd etdilər
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub
Xoşqədəmin verilişi bağlandı