Son dəqiqə
3-09-2024, 11:33
163

Bakıda blogerin əri arvadının paylaşımına görə şantaj edildi

Bakıda blogerin əri arvadının paylaşımına görə şantaj edildi






Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən S.S.-nin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, S.S. 25 noyabr 2022-ci il tarixdə "Instaqram” sosial şəbəkəsində zərərçəkmiş M.M-nin (şərti) arvadının istifadəsində olan hesabında paylaşdığı şəkilləri "scrin” edərək, "Pulsuz.görüşən” hesabında paylaşıb. O, həmin şəkillər barədə əxlaqsız, təhqiredici, eləcə də rusvayedici məlumatlar yazıb. S.S. bu yazıların sosial şəbəkədən silinməsi məqsədilə zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb edərək ondan ümumilikdə 295 manat pul alıb.

Məhkəmə iclasında zərərçəkmiş M.M. bildirib ki, həyat yoldaşı influencer-blogerdir, günlərin bir günü qeyri-sosial şəbəkədə qadının şəkillərinin altından lazımsız sözlər yazılıb, sonra paylaşılıb. Digər insanlar da bunu zərərçəkmişə göndərməyə başlayıb. Sonra zərərçəkmiş M.M. həmin səhifəyə yazıb ki, bunları silsin, orada da həm yoldaşının, həm də uşağının şəkilləri olub. Ondan sonra M.M. özü ona təklif edib ki, bunun qarşılığında nə lazımdırsa, ödəməyə hazırdır, yalnız bunlar silinsin. M.M. qeyd edib ki, şikayətini polis idarəsinə bildirməzdən əvvəl birinci özü istəyib, sonra bu təkrar olunmasın deyə gedib şikayətini edib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə S.S. 3 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalından həbs olunub.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda devalvasiya gözlənilir?
Bayram günlərində avtomobillərin texniki baxışı necə təşkil olunacaq? (AÇIQLAMA)
BNA: 1 400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Õtən il bu qədər tələbə vəfat edib
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
5 deqiqəyə gözəl salat resepti
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Holand rekorda bir addım qaldı
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? — FOTOFAKT
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Masallı rayon Mərkəzi xəstəxanasının sabiq direktorunun məhkəməsi başlayır
İlham Əliyev: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik”
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bu ölkədə boş evin kilidini qırıb yerləşmək cinayət DEYİL
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Tofiq Yaqubluya hökm oxundu
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Umayra Tağıyeva: “Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir”
Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? - SİYAHI
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir
Mikayil Cabbarov bizi küçələrdə qoyub! -
Yeni qanun: Qadınlar təca  ? Tarih:GÜçünü öldürsə də, cəza almayacaq
Trampı zəhərləməyə cəhd etdilər
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub
Xoşqədəmin verilişi bağlandı