Son dəqiqə
16-09-2024, 21:22
272

Azərbaycanda kredit faizləri ilə bağlı VACİB XƏBƏR

Azərbaycanda kredit faizləri ilə bağlı VACİB XƏBƏR





Nəzərə alsaq ki, bir çox ölkələrlə müqayisədə Azərbaycanda sənayenin inkişafı üçün münbit şərait var. Xüsusilə də yüngül səneye üçün perspektivlər mövcuddur. Misal üçün Azərbaycanda kağız istehsalı ümumiyyətlə yoxdur. Kağız ölkəmizə müxtəlif ölkələrdən idxal olunur. Azərbaycanda sənayenin inkişafı niyə bu qədər zəifdir? Bu sahənin inkişafı üçün müvafiq dövlət qurumları tərəfindən hansı addımlar atılıb və yaxud atılmalıdır?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans.az-a açıqlama verib. Ekspert bildirib ki, Azərbaycan sənaye sahələri o cümlədən də yüngül sənayeni inkişaf etdirmək üçün həqiqətən də böyük potensial mövcuddur. Nümunə kimi qeyd etmək olar ki, il ərzində 230 - 240 min ton pambıq istehsal edirik. Lakin biz istehsal etdiyimiz həmin pambığı yalnız xammal kimi satırıq. Məsələ burasındadır ki, ölkəmizdə xammal şəklində olan pambığı hazır məhsula çevirmək imkanları və fürsətləri var. Bunun üçün kifayət qədər işçi qüvvəsi və şərait də münbitdir. Sadəcə olaraq bu məsələnin həllində investr problemi var. Yəni xarici investorların Azərbaycana gəlməsi üçün şərait yaradılmalıdır. Əsas problemlərdən biri də odur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv deyil. Bu da invesrtorlar üçün çox mühümdür. Çünki investisiyaların qorunma mexanizmi Ümumdünya Ticarət Təşkilatının qoruma mexanizmləri ilə paralel aparılır.

Natiq Cəfərli onu da qeyd edib ki, Azərbaycanda kredit faizləri həddən artıq yüksəkdir. Buna görə də yerli iş adamları kredit götürüb istehsalda maraqlı deyillər. Səbəbi də odur ki, kredit götürmək onlar üçün daha baha başa gəlir. Həmçinin ölkəmizdə istehsaldakı məhsulun maya dəyəri də yüksəkdir. Misal üçün bir köynəyin istehsal qiyməti 20 manata başa gəldiyi və həmin məhsulun 25 manata satıldığı halda lakin biz həmin köynəyi Çindən 5 manata ala da bilirik. Buna görə də ilk növbədə ölkəmizdə sənayenin inkişafı üçün konkret konsepsiya tərtib olunmalıdır.

"Birmənalı olaraq demək olar ki, bu sahədə problemlər həddindən artıq çoxdur. Azərbaycanda yeni vergi və gömrük siyasəti aparılmalıdır. Ümumiyyətlə yeni vergi və gömrük məcəllələri hazırlanmalıdır. Paralel olaraq Azərbaycanın Ümumdüya Ticarət Təşkilatına üzvlük məsələsi mütləq öz həllini tapmalıdır. Ancaq və ancaq bu problemlərin həlli nəticəsində ölkəmiz sənaye ölkəsinə çevrilə bilər", - deyə ekspert qeyd edib.

Xebertv.info

Digər xəbərlər

Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...
Sürücünü vuran sərnişin üzr istədi
Elmar Vəliyev otelini 5 milyona satışa çıxardı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
Komendant postunda külli miqdarda heroinlə saxlanıldı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Yoldaşının yatdığı otağa girən ər dəhşət saçdı: Dayəyə çapacaqla zərbələr vurdu - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Məktəblərdə şagird sıxlığı bu formada idarə olunacaq
Azərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...
Əli Həsənovun daha bir yaxın qohumu vəzifəsindən azad edildi
ANS-in sabiq prezidentinə yeni VƏZİFƏ VERİLDİ
Milli Məclisdə "böyük təmizlik": Sabiq məmur övladları yola salınır
Bakıda intihar edən şəxs şöbə müdiri olub
Putin Bakıda bu məşhur milyarderlə görüşdən imtina etdi
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub
Dünya bazarında neft qiymətləri
Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib
Ölənlərin yaxınlarına pul verilib, koronavirus yazılır? (RƏSMİ AÇIQLAMA)
Qarabağda Türkiyənin Cümhuriyyət Günü qeyd edilib
Milli Məclisin iclası başlayıb
DİM sədri: "Başqalarının yerlərini tutmayın"
"900 manatla trendə düşürlər" - Flora Kərimova
Kompensiyayalarla bağlı sms almiyan vetendaşlar nə etməli??
Ceyhun Bayramov: “Ermənistan hərbçilərin və meyitlərin dəyişdirilməsinə şərait yaratmır”
Bu gün Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxunacaq
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi
Düşmən Tərtərdə daha bir mülki şəxsi yaraladı