Son dəqiqə
17-09-2024, 14:11
154

Nigar və Türkan arasında dava

Nigar və Türkan arasında dava





Əməkdar artist Nigar Şabanova küsülü olduğu həmkarı Türkan Vəlizadə barədə sualı cavablandırıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.

Aparıcı Zaur Nəbioğlunun “Türkan Vəlizadənin adını dedim mövzudan yayındınız. Ümumiyyətlə, bilirsiniz kimdən gedir söhbət?” sözlərinə Nigarın cavabı belə olub:

“Mənə sənətkarlar haqqında suallar verin, çünki qarşınızda adi bir oxuyan dayanmayıb. Artıq suallara cavab vermək istəmirəm. Sənətçilərlə sənətkarı qarışdırmayaq. Sual verəndə bilək kimə kimdən sual veririk. Özümdən cılızlar haqda danışmaram. Özümdən böyük sənətkarlara fikir bildirmək həddimə olmaz. Adi toyda oxuduğu “ladı” və hansı muğam üstündə olduğunu bilmədən qışqıra-qışqıra toyda qalanlar var”.

T.Vəlizadə isə iştirak etdiyi “Günə bax” proqramında N.Şabanovanın ittihamlarına belə reaksiya bildirib:

“Heç kimin ixtiyarı yoxdur ki, kiminsə sənəti haqqında fikir bildirsin. 16 ildir ifa edirəm, təkəbbürlü olmamışam, böyük – kiçik yeri bilmişəm və bu sənətə kiməsə söz atıb gəlməmişəm və gələndən sonra da reklamı kimlərləsə qazanmamışam. Aparıcılardan xahiş edirəm ki, müəyyən müğənnilərdən mənim haqda onlara sual verməsinlər. Çörək qazanmaq və sənət üçün hansı mahnını oxumaq lazım olduğunu çox gözəl bilirəm. Xahiş edirəm ki, hərə öz işi ilə məşğul olsun. Bu gün efirə çıxıb o böyük-böyük danışan… Çıxırlar meyxanaçılara və onlarla duet oxuyan müğənnilərə söz atırlar. Onlar özləri meyxanaçılarla mahnılar da ifa ediblər, onların sözlərinə bəstələnmiş nəğmələri də oxuyublar”.



Xebertv.info

Digər xəbərlər

General Rüstəm Muradov haqqında 5 maraqlı FAKT
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
2021-ci ilin əsas qlobal riskləri açıqlandı
Babasını bıçaqlayan 14 yaşlı qız hərəkətləri ilə təəccübləndirdi -
Ağsuda gənc ana intihar etdi
Bu tarixlərdə regiondan paytaxta geri qayıtmaq mümkün olacaq
Paşinyan özünü təcrid etdi
Nərimanov İcra Hakimiyyətinin şöbə müdiri ad günündə özünü asdı
Bakıda “Vor Mahir” saxlanıldı
Məşhur futbolçu həbs edildi
Vasif Talıbovdan gözlənilməz addım – Bunu niyə etdi?
On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay
Dəhşətli terror aktını törədən şəxs 46 il sonra saxlanıldı
“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər...”
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Oktay Əliyev vəfat edib
Sumqayıtda iki minik avtomobili toqquşub, yeddi nəfər xəsarət alıb
İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-yə 20 milyon manat ayırdı - SƏRƏNCAM
Azərbaycanlı kişi oriental rəqqas qadınlara meydan oxudu: şok
Bakı - Xırdalan - Sumqayıt qatarı yenidən xəttə buraxılır
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdiriləcək
Vulkanizasiyaya çevrilən nəşriyyat...
İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı
Yarım milyonluq oğurluq: Əmisinin evindən oğurladıqlarını mərcdə uduzdu
Sabahdan birinci siniflərə şagird qəbulu başlayır
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Son sutkada koronavirusdan 41 nəfər vəfat edib
Ziba Osmanova iki azyaşlını maşınla vurdu
DİN: Hökməlidə hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib
Yaponiyanın yeni Baş naziri məlum oldu