Son dəqiqə
17-09-2024, 21:42
230

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib - EKSKLÜZİV

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib - EKSKLÜZİV






Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib.

"Report"un əldə etdiyi məlumata görə, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə "Report"a verilən məlumatda qeyd edilib ki, Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaqla həmin İdarənin İdarə Heyətinin sabiq sədri Mustafayev İlqar Əziz oğlunun 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, bir neçə gün öncə Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdi.

Xebertv.info

Digər xəbərlər

Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...
Sürücünü vuran sərnişin üzr istədi
Elmar Vəliyev otelini 5 milyona satışa çıxardı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
Komendant postunda külli miqdarda heroinlə saxlanıldı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Yoldaşının yatdığı otağa girən ər dəhşət saçdı: Dayəyə çapacaqla zərbələr vurdu - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Məktəblərdə şagird sıxlığı bu formada idarə olunacaq
Azərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...
Əli Həsənovun daha bir yaxın qohumu vəzifəsindən azad edildi
ANS-in sabiq prezidentinə yeni VƏZİFƏ VERİLDİ
Milli Məclisdə "böyük təmizlik": Sabiq məmur övladları yola salınır
Bakıda intihar edən şəxs şöbə müdiri olub
Putin Bakıda bu məşhur milyarderlə görüşdən imtina etdi
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub
Dünya bazarında neft qiymətləri
Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib
Ölənlərin yaxınlarına pul verilib, koronavirus yazılır? (RƏSMİ AÇIQLAMA)
Qarabağda Türkiyənin Cümhuriyyət Günü qeyd edilib
Milli Məclisin iclası başlayıb
DİM sədri: "Başqalarının yerlərini tutmayın"
"900 manatla trendə düşürlər" - Flora Kərimova
Kompensiyayalarla bağlı sms almiyan vetendaşlar nə etməli??
Ceyhun Bayramov: “Ermənistan hərbçilərin və meyitlərin dəyişdirilməsinə şərait yaratmır”
Bu gün Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxunacaq
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi
Düşmən Tərtərdə daha bir mülki şəxsi yaraladı