Son dəqiqə
18-09-2024, 23:02
272

Müəllimin işdən çıxarılmasının 4 səbəbi: Təhsil eksperti belə əsaslandırdı

Müəllimin işdən çıxarılmasının 4 səbəbi: Təhsil eksperti belə əsaslandırdı






Son günlər sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdlərə dərs keçməsi ilə bağlı video paylaşılıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:

“Bildiririk ki, İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

Müəllim qeyd olunanlarla kifayətlənməmiş, bu prosesi özünün “TikTok” sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etmişdir.

Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub.

Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlınmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verilib”.

Təhsil eksperti Kamran Əsədov "Facebook" sosial şəbəkəsində məsələylə bağlı mövqeyini açıqlayıb.

O, müəllimin işdən çıxarılmasını belə əsaslandırıb:

“İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın şagirdləri təhsildən yayındıraraq, bu prosesi sosial mediada, xüsusən də "TikTok" platformasında canlı yayım şəklində paylaşması bəzi müəllimlərin öz vəzifələrini və öhtəliklərini bilməməsinin göstəricisidir.

Bu, müəllimin məsuliyyətsiz və peşə davranışlarına uyğun olmayan hərəkətləri ilə yanaşı, şagirdlərin hüquqlarını və onların sağlam təhsil mühitində böyümə, təhsil alma hüququnu açıq şəkildə pozur”.

Ekspert müəllimin hərəkətlərini belə təhlil edib:

“Bir müəllimin, xüsusən də ibtidai sinif müəlliminin vəzifəsi şagirdlərə bilik vermək, onları maarifləndirmək və eyni zamanda onların təhlükəsizliyini təmin etməkdir. Müəllimin şagirdləri təhsildən yayındıraraq, sosial mediada şəxsi mənafeyi üçün bu vəziyyətdən istifadə etməsi isə tamamilə qəbuledilməzdir. Dərsin, öyrətmənin və öyrənmənin yeri sinif otağıdır".

O, ikinci səbəb kimi təhsilin şouya çevrilməsini göstərib:

“Təhsil ciddi bir fəaliyyətdir və bu prosesin sosial şəbəkələrdə şouya çevrilməsi, xüsusən də uşaqların alət kimi istifadə olunması qəbuledilməzdir. Bu, həm təhsil alanlara qarşı hörmətsizlikdir, həm də cəmiyyətin təhsilə olan inamını zəiflədir. Uşaqların və valideynlərin bu vəziyyətdən mənfi təsirlənməsi qaçılmazdır və bu cür davranışlar təhsilin əsas məqsədindən uzaqlaşmağa səbəb olur.

Növbəti səbəb təhsilverənlərin etik davranış qaydalarının pozulmasıdır:

"Azərbaycan Respublikasının "Təhsilverənlərin etik davranış Qaydaları"na əsasən, müəllimlərin şagirdlərin hüquqlarını qorumaq, onların təhlükəsizliyini təmin etmək və təhsil mühitinin keyfiyyətinə hörmətlə yanaşmaq borcudur. Leyla Nəcəfquliyevanın bu hərəkətləri isə bu qaydalara tamamilə ziddir. "Təhsil haqqında” Qanunun 44-cü maddəsində müəllimlərin davranışlarında məsuliyyətli və etik olmağı vurğulanır. Bu qaydaların pozulması müəllimin fəaliyyətinə son qoyulmasına tam əsas verir”.

4-cü əsas şagirdlərin təhlükəsiz şəraitdə təhsil alma hüquqlarının pozulmasıdır:

“Azərbaycan Respublikasının "Təhsil haqqında Qanun"un 12-ci maddəsinə əsasən, hər bir təhsilalanın sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüququ var. Şagirdlərin məktəb qapısının qarşısında yerdə oturdulması və onların təhsildən yayındırılması bu hüquqların kobud şəkildə pozulmasıdır. Müəllimin sosial şəbəkələrdə bu prosesi canlı yayım şəklində paylaşması isə məsuliyyətsizlik nümunəsidir.

Müəllimin işdən çıxarılmasının doğru olması Məktəb rəhbərliyinin bu məsələyə dərhal müdaxilə edərək Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi tamamilə qanunauyğundur.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin vəzifə öhdəliklərini pozduğuna görə xitam verilə bilər. Bu cür hallarda işçi ilə bağlanmış müqavilənin dayandırılması, təhsil sahəsində etik qaydaların pozulması və şagirdlərin hüquqlarının qorunması üçün lazımi addımdır.

Bundan əlavə, Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununun 42-ci maddəsi müəllimlərin təhsil prosesi zamanı və ya təhsildən kənar fəaliyyətlərdə şagirdlərin təhlükəsizliyini təmin etməyi onların əsas vəzifəsi olaraq müəyyən edir. Müəllimin bu vəzifəni yerinə yetirməməsi onun işindən çıxarılmasına tam əsas verir.

Beləliklə, Leyla Nəcəfquliyevanın şagirdləri təhsildən yayındırması, onlarla bağlı prosesi sosial mediada canlı yayımlaması və təhsil mühitini etik çərçivədən çıxarması təhsil sisteminin prinsiplərinə və qanunlarına ziddir. Məktəb rəhbərliyinin onunla bağlanmış əmək müqaviləsinə xitam verməsi qanunidir və bu addım təhsilin keyfiyyətini qorumaq, uşaqların hüquqlarını müdafiə etmək üçün atılan düzgün addımdır”.

Xebertv.info

Digər xəbərlər

Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...
Sürücünü vuran sərnişin üzr istədi
Elmar Vəliyev otelini 5 milyona satışa çıxardı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
Komendant postunda külli miqdarda heroinlə saxlanıldı
Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir
Yoldaşının yatdığı otağa girən ər dəhşət saçdı: Dayəyə çapacaqla zərbələr vurdu - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Məktəblərdə şagird sıxlığı bu formada idarə olunacaq
Azərbaycanda qadınlarla bağlı təklif: 2021-ci ilədək...
Əli Həsənovun daha bir yaxın qohumu vəzifəsindən azad edildi
ANS-in sabiq prezidentinə yeni VƏZİFƏ VERİLDİ
Milli Məclisdə "böyük təmizlik": Sabiq məmur övladları yola salınır
Bakıda intihar edən şəxs şöbə müdiri olub
Putin Bakıda bu məşhur milyarderlə görüşdən imtina etdi
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub
Dünya bazarında neft qiymətləri
Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib
Ölənlərin yaxınlarına pul verilib, koronavirus yazılır? (RƏSMİ AÇIQLAMA)
Qarabağda Türkiyənin Cümhuriyyət Günü qeyd edilib
Milli Məclisin iclası başlayıb
DİM sədri: "Başqalarının yerlərini tutmayın"
"900 manatla trendə düşürlər" - Flora Kərimova
Kompensiyayalarla bağlı sms almiyan vetendaşlar nə etməli??
Ceyhun Bayramov: “Ermənistan hərbçilərin və meyitlərin dəyişdirilməsinə şərait yaratmır”
Bu gün Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxunacaq
Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi
Düşmən Tərtərdə daha bir mülki şəxsi yaraladı