Son dəqiqə
7-02-2020, 12:45
592

Hərəyə bir nənə öpək - İki gün qaldı

Hərəyə bir nənə öpək - İki gün qaldı

Kubra Məhərrəmova yazır...

Parlament 101-ci ildönümündə buraxıldı. Və hamı seçkiqabağı təbliğat-təşviqata başladı.

Hamı deyəndə ki, həm illər ərzində Milli Məclisdə milçək qovanlar, həm də gənc, bu yola təzə qədəm qoyanlar. Açığı, hələ belə maraqlı seçkiqabağı mərəkə olmamışdı. Hər gün yeni bir şeir, hər gün yeni bir nəğmə.

Əvvəla ondan başlayaq ki, bu dəfə əsas hədəf “nənələr” oldu. Kimin PR addımı idisə, yaman populyarlaşdı. Namizədlərin hamısı “hərəyə bir nənə öpək” kampaniyası ilə meydana çıxdılar. Hətta deyirlər ki, lap yaxın münasibətdə olan namizədlər bir-birinə “nənə” də borc veriblər.

Sadəcə, başqa baxış bucağından foto çəkdiriblər ki, nənənin eyni olduğu bilinməsin. Sonra bu mövzunu müxtəlif versiyalarda gördük. “Yerdə uzanan nənə ilə namizədin fotosu”, “yemək yeyən nənə ilə namizədin fotosu” və s. Yəni əsas mövzu “nənə” olaraq qaldı.

“Asfalt çəkəcəm”, “Nisyə dəftərini” bağlayacam”, “Uşaqlara “şirinquş” alacam” kimi retro üslubda çağırışlar da oldu. Açığı, o qədər də tutmadı.

Bəzi namizədlər isə az qala hər gün Mərkəzi Seçki Komissiyası ilə dava etdilər. Gah dedilər, təbliğat lövhələrində şəkil yapışdırmağa yer yoxdur, gah dedilər, namizədlərdən kimsə düzgün təbliğat aparmır. Yazdılar-pozdular. Axırda nə oldu, bilmirəm.

Bu seçki kampaniyasında ən çox müzakirə olunan isə namizədlərin şüar və posterləri oldu. Adının baş hərflərinə uyğun şeir yazan, dörd kostyumla şəkilin çəkdirib bir posterə yığdıran, üç km uzunluqda şüar yazdıran, say-say bitməz. Düşünürəm ki, bir neçə ildən sonra bu poster və şüarlar PR haqqında qanunda öz əksini tapacaq ki, belə etmək olmaz, qardaşlar! Vətəndaşların psixikasına vurulan ağır zərbə kimi məsuliyyətə cəlb olunacaqsınız. Heyf ki, hələ belə qanun yoxdur.

Bir də var beş dəfə namizədliyini Milli Məclisə verən və seçilməyənlər. Onların əzmindən Allah hamıya qismət eləsin. İnsanda nə qədər həvəs olar, qadası?! Yenə də verib namizədliyini.
Bunun əksi də var, beş dəfə seçilən və yenə də seçilmək istəyən namizədlər. Onların da işləmək, çalışmaq əzmindən Allah hamıya versin. Xalq üçün əziyyət çəkirlər.

Bu dəfə seçicilərin açıq şəkildə namizədlərə qarşı fikirlərini eşitdik, gördük. 10 il bir işə yaramayan deputatların xalq tərəfindən sorğu-suala tutulması, meydandan “yola salınmasına” da şahid olduq.

Bütün bu seçkiqabağı şouya möhürünü məlum videodakı namizəd vurdu. Seçicilərinə dedi ki, “Qorxmayın, …” Ardını bilirsiniz. Seçicilər də onu alqışladı. Hay-kür, qara-qışqırıq. Vallah, bilmirəm. Bu namizəd seçilsə, Milli Məclisdə də belə xitab edəcək? Edəcəksə, heç nə.

Seçiciləri ilə görüşən, onların dərdinə şərik olan, problemləri həll etməyə səy göstərən namizədlər də gördük. Çox ümid edirik ki, Milli Məclisdə xalqın və dövlətin mənafeyini qoruyacaq kəslər çox olacaq. Absurd fikirlər səsləndirib, açıq şəkildə “mən ona görə deputat olmaq istəyirəm ki, özümə gün ağlayım” deyənlər yox. Amma bunun olması üçün hər kəs seçkiyə getməlidir.

Digər xəbərlər

Moskvada azərbaycanlının öldürülmə anı - ANBAAN VİDEO
Yaponiyada yenidən rekord yoluxma qeydə alındı
Fransanın Mərakeşdəki baş konsulu intihar edib
Bağlanan banklardakı pullar nə vaxt qaytarılacaq?
Prezident Dövlət Komitəsinin əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərlərinə zəng etdi
Səlim Müslümovun yüksək vəzifə tutan qohumu işdən çıxarıldı - FOTO
Bədəndə yağları əridən meyvə
Azərbaycanda daha bir müəssisədə tibbi spirt istehsalına başlandı - FOTO
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
İlham Əliyev beynəlxalq tədbirdə çıxış edəcək
Rəqibin əsəbləri ilə oynadı: Komandasını dünya çempionatına daşıdı -
Ermənistan müxalifəti ümumermənistan tətili elan etdi
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
Neftin qiyməti artır
Nazirlikdən məktəblərin yenidən bağlanması ilə bağlı AÇIQLAMA
"Zirə" komandasında yeni təyinat olub
Sumqayıt Texniki Kollecdə Mətanət Pirquliyeva ilə xalası Raya Nəcəfova arasında maliyyə davası- Təhsil naziri Əmrullayev və SDU-nin rektoru Hüseynov hara baxır ?
Məcburi köçkünlərə iş imkanı
İlham Əliyev iki nəfərə fəxri ad verdi -
Baş Prokurorluq ölən və yaralanan mülki vətəndaşların sayını açıqladı
Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Levon Ter-Petrosyan: “Erməninin sonrakı ağlı” xəstəliyindən qurtulmaq lazımdır”
Son sutkada koronavirusdan sağalanların sayı, yoluxanların sayını iki qat üstələdi
General Rövşən Əkbərovun həbsinin şok səbəbi
Ərdoğan: "Türkiyə də Qarabağda Rusiya ilə eyni anlayış içərisində yer alacaq”
“Xocalı, Xocavənd, digər ərazilər də Azərbaycanın tam nəzarəti altına keçəcək”
Orqanizmin şəkər tələbatını qaydaya salmağa kömək edən ədviyyatlar
Azərbaycanda 200 məhkum azadlığa buraxıldı
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: 15 nəfər vəfat edib - FOTO
{sape_links}{sape_article}