Son dəqiqə
25-02-2020, 12:00
857

Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...

Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...

Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarovun eyni torpaq sahəsinə dair verdiyi ikinci sərəncamla bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Cabbarov rayonda 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermerə verilən torpaq sahəsini qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmliyə satıb.

Belə ki, 100 milyardlıq “Xəzər adaları” layihəsi iflas olduqdan sonra qoyunçuluqla məşğul olan iş adamı Saatlıdan 30 hektar torpaq icarəyə götürüb. Lakin həmin torpağı 2000-ci ildə ovaxtkı icra başçısı Gülhüseyn Əhmədovun sərəncamı ilə ailə-kəndli təsərrüfatı ilə məşğul olmaq üçün 30 hektar torpaq sahəsi kənd sakini, 79 yaşlı Validə Məmmədovaya ayrılıb. 2009-cu ildə yeni başçı Siraqəddin Cabbarov həmin torpaq sahəsinin 15 il müddətinə, 2024-cü ilədək istifadə edilməsi üçün V.Məmmədova ilə icarə müqaviləsi bağlayıb. Lakin Siraqəddin Cabbarov 2018-ci ildə torpağı növbəti sərəncamı ilə İbrahim Nehrəmliyə verib.

İ.Nehrəmli də bir müddət sonra “Rom-Alpinos süd və ət məhsulları” MMC üçün fermalar tikməyə başlayıb və kənd sakinindən ərazidən çıxmağı tələb edib.

Bu iş məhkəmə müstəvisinə çıxarıldıqdan sonra ilk olaraq Şirvan İnzibati-iqtisadi Məhkəməsi kəndlinin xeyrinə qərar çıxarıb.

Amma Şirvan Apelyasiya Məhkəməsində kəndlilər məhkəməyə çağırılmadan milyonçunun xeyrinə qərar qəbul edilib. Validə Məmmədova bu qərardan Ali Məhkəməyə şikayət edib. Bu işə Saatlı rayon İcra Hakimiyyəti və şirkət cavabdeh şəxs kimi cəlb olunub. İşə fevralın 27-də hakim İlqar Dadaşovun sədrliyi ilə baxılacaq.

Məhkəmə materiallarından görünür ki, İ.Nehrəmli Saatlının Sırma kəndində 1700 hektar torpaq sahəsi alıb və onun 30 hektarı da V.Məmmədovagilin təsərrüfatıdır. İ.Nehrəmlinin Saatlıda 3 min baş qoyun saxladığı məlum olub.

Qeyd edək ki, Siraqəddin Cabbarov 2019-cu ilin dekabrın vəzifəsindən azad edilərək Sabirabadİ Hakimiyyətinə başçı təyin edilib. Onun yerinə isə Sabirabadın icra başçısı Nazim İsmayılov gətirilib.

Digər xəbərlər

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
“Yeni klinika”ya rəhbərlik edəcək şəxsin TƏRCÜMEYİ HALI
Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb -
“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür
Ombudsmanın tapşırığı ilə Şəki təcridxanasında yoxlamalar başlandı - Ciddi nöqsanlar var
Şirvanda zavodda partlayış nəticəsində ölən və xəsarət alanın kimliyi bilindi -
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələri gətirilir - VİDEO
Bu gün Bakıda AVRO-2020-nin ilk oyunu keçiriləcək
Bağçalar məktəblərdən tez açıla bilər?..
Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi
DİM imtahanların təşkili ilə bağlı qərar verdi
Martda neçə gün evdə olacağıq?
Fuad Mayılovun bərbad radar siyasəti
Avropa ölkəsi "Formula 1"in azarkeşsiz keçirilməsinə icazə verdi
Prezident xalqa müraciət edəcək
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nazir Sahil Babayevin anasının əlilliyinin saxta olması iddiasına aydınlıq gətirilib
Nofəl Süleymanovun onu öldürən oğlu haqqında dediyi SON SÖZLƏRİ — VİDEO
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Pərdə, plyonka və jalüzlərlə bağlı yenilik
Nağılları ilə erməniləri aldadan Solovyov günah keçisinə çevrilir
Almaniya Kubokunda ilk Finalçılar bəlli oldu.
“Qərb bizim dediyimizi edəcək”: Ərdoğanın dünyanın nizamını dəyişəcək ideyası reallaşır
Vilayət Eyvazov Sumqayıta yeni rəis təyin etdi
BAHÇELİyə o tviti yazdıran proseslərin PƏRDƏARXASI: Hədəfdə həm də İlham Əliyevdir ...
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
Restoran və çayxanalar cərimələndi SiİYAHI
Hava ilə bağlı ayın 23-nə XƏBƏRDARLIQ
{sape_links}{sape_article}