Son dəqiqə
29-02-2020, 12:31
732

Həbs edilən icra başçısı hind və Qarabağ atları saxlayırmış - İLGİNC

Həbs edilən icra başçısı hind və Qarabağ atları saxlayırmış - İLGİNCDövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən rüşvət faktı ilə həbs edilən Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev haqda yeni məlumatlar əldə etmişik. “Yeni Müsavat”a verilən xəbərə görə, İ.Vəliyev hind və Qarabağ atları da saxlayırmış. Bildirilir ki, İ.Vəliyev hind atları, o cümlədən xüsusi olaraq 4 cins Qarabağ atını Neftçalaya gətirdibmiş.

İddialara görə, sabiq başçı at həvəskarı olub və cins heyvanlar gətirdib. Onları bir xanım bəsləyirmiş. Lakin Neftçalanın keçmiş şefinin tutulmasından sonra həm hind, həm Qarabağ atları başqasına verilib ki, saxlanılsın.

İ.Vəliyevin atların alınmasına və bəslənməsinə yaxşı pul xərclədiyi xəbər verilir. Keçmiş İH rəhbərinin eşşək fermasının olduğu, rayonun Xol kəndi ərazisində yerləşdiyi barədə də mediada xəbərlər tirajlanıb. Eşşək ferması Xol kəndi ərazisindədir. Onun 60 baş eşşəyi var imiş və yalnız südü satılırmış. Eşşəklər həm Neftçala, həm də digər rayonlardan alınıb.

Ümumiyyətlə, İ.Vəliyev bu rayonda böyük biznes şəbəkəsi qurubmuş. Hətta Neftçaladan Bakıya işləyən mikroavtobuslardan da xərac yığırmış. Mikroavtobusların sürücülərindən hər sərnişinə görə 1 manat alınırmış. Bütün pullar da başçıya gedirmiş. Əvvəllər həmin avtobuslar rayon avtovağzalından hərəkət edirdilər. Sonra icra başçısı özünə bazar tikdirib və marşrutları orada dayanmağa məcbur edib.

Rayondakı “Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib. Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib.

Rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqları alaraq icarəyə verib.

Xatırladaq ki, Səbayel Rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Toplanılmış materiallarla rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.
“Yeni Müsavat”

Digər xəbərlər

Azərbaycanda şok!Quşçuluq broylerində qadınları cinsi istismara məruz qoyurlar?
Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıda polisdən film kimi qaçış
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş (ÖZƏL)
“Qarabağ tarixi” dərsliyinin adı dəyişdiriləcək
Eldar Əzizov nazir postuna gətirilir
Bakıda obyektdən oğurluq edən şəxs "iş başında" saxlanıldı -
Neymar koronavirusa yoluxdu
Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək
Xanım iş adamından Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə icrasçısı haqda ŞOK İDDİA
Rasim Balayevin doğum günüdür
Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü - Çində qətl
İki karateçimiz Avropa çempionu oldu
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Ledi Qaqanın köməkçisini öldürüb itlərini oğurladılar
Bir anda tapıldı - çox az sayda qalıb/ FOTOLAR
Kim Çen In: “Xarici dünya ilə əlaqələrimizi genişləndirməliyik”
Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb, 1213 nəfər yoluxub, 21 nəfər vəfat edib
Dövlət qulluqçularının peşə bayramı günüdür
Artur Rasizadə hələ də komissiya sədridir
ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi
MN: “Ermənistan öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”
Siyəzəndə məmurun ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI... - VİDEO
Xankəndi yaxınlığında yenidən atışma səsləri eşidilib
Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH
İşğaldan azad olunmuş ərazilərə gedənlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Hollandiyadan gələn azərbaycanlı qız canlı yayımda Kəlimeyi-şəhadət gətirərək müsəlman oldu — VİDEO
Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO