Son dəqiqə
6-03-2020, 18:05
1 591

Ağstafada şəhid adına sayğısızlıq... - FAKT

Ağstafada şəhid adına sayğısızlıq... - FAKT

Ağstafada şəhidlərin xatirəsinə tikilən bulaqlar baxımsız vəziyyətdir.

Bu barədə Axar.az-a rayon sakinlərinin göndərdiyi şikayət məktubunda qeyd edilib. Sakinlər bildirirlər ki, Ağstafada 1992-ci ildə Ballı Qayadakı döyüşlərdə həlak olan şəhid Natiq Sədiyevin xatirəsinə tikilən bulaq yararsız hala düşüb. 20 Yanvar şəhidləri üçün tikilən bulağın üzərindən isə şəhidlərin fotosunun götürüldüyü və oranın zibillər toplanan yerə çevrildiyi qeyd edilib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Ağstafa rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə tikilən bulaq artıq yeni ünvana köçürülüb:

“20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş bulağın əvvəlki yeri 7 nömrəli dəmiryolu distansiyasının binasında olub. Daha sonra Nazirlər Kabinetinin qərarı ilə həmin bina Ağstafa RMX-nin Uşaq xəstəlikləri şöbəsinə verilib. Bu səbəbdən 7 nömrəli dəmir yolu distansiyası Rafiq Azərov küçəsində yolun sol tərəfinə, Dəmir Yolları QSC-ə məxsus binaya köçürülüb və həmin bulaq da distansiyanın şəxsi imkanları hesabına yeni ünvandadır”.

İcra nümayəndəsi 1992-ci ildə şəhid olan Natiq Sədiyevin adına olan bulağın isə yeni ünvana köçürülməsi məsələsinin gündəmdə olduğunu qeyd edib:

“Natiq Rəhim oğlu Sədiyevin adına olan bulaq yaşayış binasının həyətində vətəndaşların öz hesabına tikilib. Amma həmin yer bulaq üçün uyğun deyil. Çünki bulağa su vermək üçün Ağstafa şəhərinin su şəbəkəsinə su verilməlidir. Biz ora su versək, bu zaman sakinlər suyu başdı-başına buraxacaq, bu da həm israfa, həm də antisanitar şəraitin yaranmasına səbəb olacaq. Bulağın başqa ünvanda yenidən tikilməsi məsələsi planımızda var”.

Ağstafada şəhid adına sayğısızlıq... - FAKT
Ağstafada şəhid adına sayğısızlıq... - FAKT
Ağstafada şəhid adına sayğısızlıq... - FAKT
Ağstafada şəhid adına sayğısızlıq... - FAKT

Digər xəbərlər

Azərbaycanda şok!Quşçuluq broylerində qadınları cinsi istismara məruz qoyurlar?
Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıda polisdən film kimi qaçış
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş (ÖZƏL)
“Qarabağ tarixi” dərsliyinin adı dəyişdiriləcək
Eldar Əzizov nazir postuna gətirilir
Bakıda obyektdən oğurluq edən şəxs "iş başında" saxlanıldı -
Neymar koronavirusa yoluxdu
Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək
Xanım iş adamından Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə icrasçısı haqda ŞOK İDDİA
Rasim Balayevin doğum günüdür
Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü - Çində qətl
İki karateçimiz Avropa çempionu oldu
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Ledi Qaqanın köməkçisini öldürüb itlərini oğurladılar
Bir anda tapıldı - çox az sayda qalıb/ FOTOLAR
Kim Çen In: “Xarici dünya ilə əlaqələrimizi genişləndirməliyik”
Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb, 1213 nəfər yoluxub, 21 nəfər vəfat edib
Dövlət qulluqçularının peşə bayramı günüdür
Artur Rasizadə hələ də komissiya sədridir
ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi
MN: “Ermənistan öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”
Siyəzəndə məmurun ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI... - VİDEO
Xankəndi yaxınlığında yenidən atışma səsləri eşidilib
Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH
İşğaldan azad olunmuş ərazilərə gedənlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Hollandiyadan gələn azərbaycanlı qız canlı yayımda Kəlimeyi-şəhadət gətirərək müsəlman oldu — VİDEO
Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO