Son dəqiqə
18-03-2020, 10:11
632

Şam yandıraq, balkona çıxaq... - Bu, həkim-deputat sözüdürmü?

Şam yandıraq, balkona çıxaq... - Bu, həkim-deputat sözüdürmü?



Milli Məclisin koronavirus müzakirəsindən açığı, daha çox şey gözləyirdim. Ən azı Ümid. Ümidlənməyə və inanmağa hamımızın ehtiyacımız var.

Deputatların, bu kontekstdə xüsusilə ixtisasca həkim olanların çox mühüm təkliflərlə çıxış edəcəyini, dünyanın, nəinki dünyanın, hətta yalnız özümüzə aid bapbalaca dünyamızın da düzənini dəyişən pandemik virusla mübarizə ilə bağlı insanlarımıza - onları parlamentə seçən seçicilərə ən vacib məsləhətləri, tövsiyələri verəcəklərini güman edirdim. Amma...

Tam əksi oldu. Bilmirəm indi gülüb keçim, ya da... Yox, gülməli deyil. Söhbət pandemiyadan gedirsə, heç nə gülməli deyil. İnsanlar kütləvi şəkildə xəstəliyə yoluxur, Avropa ölkələrində karantin elan olunur, bəşəriyyətin gələcəyi faktiki təhdid altındadır, bizim həkim-deputat Rəşad Mahmudovsa deyir ki, şam yandırın, balkona çıxın.

Bəli, balkona çıxmaq olar, şam yandırmaq da olar. Amma bunu bir həkimmi məsləhət görməlidir insanlara? İxtisasca həkim olan deputatın xalqa deməyə başqa bir sözü, ismarışı, məsləhəti yoxdurmu? Bu qədər panika, təlaş və təşviş içində olan toplumun təbib sözünə, loğman məsləhətinə nə qədər ehtiyacı var, fərqində deyilsizmi?

Bugunkü durum aydındır, bəs sabah, 4-8 həftə sonra nə ola bilər? Vəziyyət kritikləşərsə, nə etməli?

Rəşad Mahmudov bir həkim kimi, İtaliyadakı, Fransadakı, İspaniyadakı həmkarları ilə danışıbmı? Situasiya ağırlaşarsa, o da onlar kimi fədakarlıq etməyə, həyat qurtarmağa hazırdırmı? Yaxın vaxtlarda peyvənd tapıla bilərmi? Azərbaycan səhiyyəsi nə qədər hazırlıqlıdır fövqəladə vəziyyətlərə? İnsanlar virusa yoluxmamaq üçün nə etməlidir, nələr etməməlidir?

Təəssüf ki, bəziləri daşıdığı mandatın məsuliyyətini, yükünü, çəkisini, ağırlığını qətiyyən anlamır. Konseptual yanaşma qoyulmalıydı, Nazirlər Kabineti yanında Operativ Qərargaha virusla mücadilədə “Yol xəritəsi” təklif olunmalıydı, konkret məsələlər müzakirəyə çıxarılmalıydı. Axı parlament hakimiyyətin bir qoludur. Bu çətin günlərdə niyə hakimiyyətin yanında deyilsiniz, məsuliyyəti niyə bölüşmürsüz? Bu ölkədə bütün problemlərdən çıxış yolunu yalnız Prezidentmi göstərməlidir?

Təkliflər də, ideyalar da, onların həyata keçirilmə yolları da Prezidentin dilindənmi səslənməlidir?!

Bu ölkədə növbədənkənar parlament seçkiləri ona görə keçirildi ki, İlham Əliyevin müəllifi və icraçısı olduğu kardinal islahatlar prosesinə Milli Məclis də dəstək versin. Ali qanunverici orqan icraedici orqana adekvat olsun. Budurmu nəticə? Balkona çıxaq, şam yandıraq... Bu, problemi həll edəcəkmi? Axı bunu hansısa şou proqramın aparıcısı deyə bilər, bunu bir bloger yaza bilər, ekstrasens Zirəddin Rzayev təklif edə bilər, hətta bunu misal üçün, kulinar Tahir Əmiraslanov da deyə bilər, amma bir həkim-deputatdan elmi yanaşma umurduq...

O qədər ciddi yəni... İnsani... İnsanpərvər... Üstümüzə fəlakət kimi gələn xəstəlik - pandemiya haqqında dərman kimi, ilac kimi, əlac kimi bir çıxış...

XeberTv.info

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}