Son dəqiqə
22-03-2020, 08:09
489

Günün qoroskopu - 22.03.2020

Günün qoroskopu - 22.03.2020





































22 Mart 2020-cu il. Günün qoroskopu. Yaşanan situasiya sizə fikrinizi tam aşkar şəkildə izhar etməyə mane ola bilər.

Qoç - qəfil dəyişikliklərin səbəblərini və köklərini anlamaq üçün soyuqqanlı olun, məntiqlə düşünün. Yalnız fövqəladə vəziyyətlər təcili həlləri tələb edir: yerdə qalan situasiyalar gözləyər. Məişətdə və yollarda travma, qəza ehtimalı yüksəkdir. Yaxın ətrafınızdakı insanlarla çox səmimi olmayın, onları sərt tənqid etməyin.

Buğa - elementar qayğı, dost dəstəyi, səmimi yardım bu gün qaçılmaz əməllər olmalıdır. Xəstə qohuma və ya problemlərlə qarşılaşmış dostunuza baş çəkməyi unutmayın. Axşam saatlarında əyləncədə, yeməkdə və hisslərdə ifrata varmayın.

Əkizlər - bu gün yaşanacaq hadisələr eqoist, özünə vurulmuş adamlar üçün pis məşq deyil. Özünüzdən savayı kimsəni unikal fərd saymırsınız? Bəlkə bir qədər yanılırsınız?! Düşünün... Ətrafınızdakı zəif və gücsüz insanlar yardımınıza ehtiyac duya bilərlər.

Xərçəng - qadınlar arasında sərt münaqişə istisna deyil. Ayrılıqda yaşayan gəlin və qayınana bu gün görüşməsələr, yaxşıdır. Ürək bayram istəyirsə, evdə isə işlər çoxdursa və kimsə də yardım etmək fikrində deyilsə - münaqişə qaçılmazdır. Hər şeyə rəğmən, problemlərin öhdəsindən təkbaşına gəlməyə çalışın.

Şir - yeni görüşlər, tədbirlərə baş çəkilməsi xeyir verə bilər. Yenilik gətirən nə varsa, yaxşıdır. İnformasiya aldığınız ənənəvi kanalları genişləndirin. Təklif və dəvətlərdən boyun qaçırmayın. Bununla belə, problemlər yaratmamaq üçün ehtiyatlı olun.

Qız - bu gün maliyyə məsələlərində xüsusilə soyuqqanlı, təmkinli olun. Alış-verişdə bədxərclik etməyin. Günün ilk yarısında işlərə fəal başlayın və kənardan sizə kimsənin irad bildirməsinə imkan verməyin. "Torbada pişik" tipli təklifləri qulaqardına vuraraq real tələbat duyulan işlə məşğul olun.

Tərəzi - əks cins mənsubunun nə istədiyini anlamağa çalışın. İşdə mühüm qərarların qəbul edilməsini qadına tapşırmayın. Əks halda iş başlamamış kiçik anlaşılmazlıqlar və bataqlıqlar burulğanında batacaq. Dostlarınızı sınağa çəkməyin. İstənilən sınağın nəticəsi gözlənilməz olur.

Əqrəb - bu gün çətin məsələlərin həllinə çalışmayın. Uzunmüddətli həll tələb edən, qarışıq və məsuliyyəti problemlərin çözümünə başlamazdan əvvəl yaxşıca götür-qoy edin. Ailə üzvləri və qohumlarla münaqişə yaratmayın. Təfərrüatlara, detallara diqqət yetirin. Hadisələrin kulislərində yaşananları gözdən qaçırmayın.

Oxatan - yaşanan situasiya sizə fikrinizi tam aşkar şəkildə izhar etməyə mane ola bilər. Sadalanan nüanslara günün kinci yarısındakı problemlər əlavə oluna bilər. Yaxın ətrafınızdakı insanlardan biri, iş yoldaşı ilə münasibətlərin aydınlaşdırılması məsləhət deyil. Hər məqama konkretlik gətirmək istəyi sizə baha başa gələ bilər.

Oğlaq - ailə büdcəsi və ya maliyyə ehtiyatlarınızla ehtiyatlı olun. İntensiv məşğuliyyət, fiziki qüvvə tələb edən işlər üçün əlverişsiz gündür. Axşam saatlarında tam ruhi istirahət və fiziki relaksa nail olun.

Dolça - iş yoldaşları, tanışlar və ya qonşularla sülh şəraitinə nail olmaq istəyi bu gün birmənalı qarşılanmaya bilər. Yaxın ətrafınızdakı insanların tələblərinə tam uymayın. Sərrast davranın, başqalarının maraqlarının sizin mənafeyinizi üstələməsinə şərait yaratmayın. Tənqiddə ehtiyatlı olun. Xoş sürpriz və ya əyləncəli zarafat sandığınız sözləri sərt tənqid kimi qəbul edə bilərlər.

Balıqlar - səhər saatlarında iki adamın əvəzinə işləyin. Ümid etdiyiniz rahat və rəvan şərait yaranmamış pozula bilər. Əlavə iş isə pul vəd etsə də, sizi yoracaq. Tanış durumda istirahət, ya da iş problematik olacaq. Şəxsi münasibətlərdə dönüş ola bilər. Amma hər şeyin təfərrüatına varmağa cəhd göstərməyin.

XeberTv.info

Digər xəbərlər

Azərbaycanda şok!Quşçuluq broylerində qadınları cinsi istismara məruz qoyurlar?
Pakistanda sərnişinlə dolu avtobus çaya düşdü
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıda polisdən film kimi qaçış
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
İcra hakimiyyətinin saxlanılan əməkdaşının oğlu da yüksək vəzifəli şəxs imiş (ÖZƏL)
“Qarabağ tarixi” dərsliyinin adı dəyişdiriləcək
Eldar Əzizov nazir postuna gətirilir
Bakıda obyektdən oğurluq edən şəxs "iş başında" saxlanıldı -
Neymar koronavirusa yoluxdu
Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək
Xanım iş adamından Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimləri, eləcə də məhkəmə icrasçısı haqda ŞOK İDDİA
Rasim Balayevin doğum günüdür
Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü - Çində qətl
İki karateçimiz Avropa çempionu oldu
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Ledi Qaqanın köməkçisini öldürüb itlərini oğurladılar
Bir anda tapıldı - çox az sayda qalıb/ FOTOLAR
Kim Çen In: “Xarici dünya ilə əlaqələrimizi genişləndirməliyik”
Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb, 1213 nəfər yoluxub, 21 nəfər vəfat edib
Dövlət qulluqçularının peşə bayramı günüdür
Artur Rasizadə hələ də komissiya sədridir
ABŞ-ın birinci xanımının aparat rəhbəri toqquşmalara görə istefa verdi
MN: “Ermənistan öz itkilərini gizlətmək üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir”
Siyəzəndə məmurun ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI... - VİDEO
Xankəndi yaxınlığında yenidən atışma səsləri eşidilib
Putinin son çıxışının Azərbaycan üçün müsbət çalarları - ŞƏRH
İşğaldan azad olunmuş ərazilərə gedənlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Hollandiyadan gələn azərbaycanlı qız canlı yayımda Kəlimeyi-şəhadət gətirərək müsəlman oldu — VİDEO
Parlament seçkilərində "Bakı qırğını" ƏN MARAQLI DAİRƏLƏR – VİDEO