Son dəqiqə
25-03-2020, 21:38
540

Karantini pozan sürücü və sərnişinlər həbs ediləcək - DYP

Karantini pozan sürücü və sərnişinlər həbs ediləcək - DYP

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarədən verilən məlumata görə, ölkədə karantin rejimi elan olunmasının ikinci günü olmasına baxmayaraq, təəssüflər olsun ki, respublikanın avtomobil yollarında, xüsusilə də cənub istiqamətində nəqliyyatın hərəkət intensivliyinin hələ də yüksək olması, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan şəxslərin idarə etdiyi 2000-dək, rayonlardan isə paytaxt istiqamətinə gələn 1200-dək minik avtomobilinin geri qaytarılması faktı bəzi vətəndaşların tətbiq edilmiş karantin rejiminin ciddiliyini nəzər almamalarını göstərir.

Həmin sürücü və sərnişinlərlə profilaktiki söhbət aparılsa da, geri qaytarılmış şəxslər postlardan təkrar keçməyə cəhd göstərir, əsassız bəhanələr gətirməklə postlarda sıxlıq yaranmasına səbəb olur, keçidinə icazə verilmiş digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradırlar.

Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən infeksiyanın yayılma ehtimalının minimuma endirilməsi məqsədilə ölkə vətəndaşlarının qeydiyyat yerindən asılı olmayaraq evdə qalmaları tövsiyə olunsa da Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatı olmayan şəxslərin uzun məsafə qət edərək həmin ərazilərə daxil olmaq niyyəti ilə paytaxt istiqamətinə gəlmələri, habelə həmin rayon və şəhər sakinlərinin də rayonlara getmək istəyi yalnız onların özlərinin və sərnişinlərinin əziyyət çəkməsi, lüzumsuz vəsait xərclənməsi və geriyə qayıtmaq məcburiyyətində qalmaları ilə nəticələnir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarından xahiş edir ki, istər paytaxt, istərsə də rayon istiqamətinə getmək istəyən şəxslər qəbul olunmuş qaydalara riayət etsinlər. Əks təqdirdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

XeberTv.info

Digər xəbərlər

Son sutkada vaksin olunanların sayı açıqlandı
DİM yeni pulsuz sınaq imtahanları əlavə etdi
Müğənni Xatirə efirə çıxmaq üçün pul TƏLƏB EDİR
AZAL rəhbəri Prezidentin iradlarının üzərindən sükutla keçdi
Sabahın hava proqnozu
"Suqovuşan” elektrik stansiyalarından görüntülər
Oğuzda daldalanacaq MEŞƏ QALMAYIB...
“Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur…”
DİN-dən polislə mübahisə edən sürücü ilə bağlı - AÇIQLAMA
Şamaxıda zəlzələ olub
Akif Təvəkküloğlu vəzifəsindən azad edildi
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Şuşa şəhərindən yeni kadrlar - VİDEO
Ramiz Həsənov Xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək, İspaniyada səfir təyin olunub
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb
Həbsdə olan Ağstafanın sabiq icra başçısı koronavirusdan vəfat edib
Qonşusunu 12 manat borca görə öldürübmüş
Füzulinin alınması ilə Ermənistana vurulmuş böyük zərbə
Prezident bu kəndin də adını dəyişdi
Terrora ən çox məruz qalan ölkələrin adları açıqlandı: Türkiyə Avropada birincidir
DİN KİV və sosial şəbəkə istifadəçilərinə müraciət edib
Sabahın hava proqnozu açıqlanıb
DİN-dən hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət aldığı qəza ilə bağlı AÇIQLAMA
AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi
Azərbaycan xaricə ən çox hansı məhsulları satıb? - FOTO
Övladını məktəbə çiynində aparan atanın problemini Müdafiə Nazirliyi həll etdi
Türkiyə hərbçiləri Naxçıvanda
Ceyhun Bayramov Ərdoğanla görüşəcək
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Əsir götürülən Amin və Bayramla bağlı rəsmi açıqlama
{sape_links}{sape_article}