Son dəqiqə
29-04-2019, 15:35
1 108

“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.

“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.



“İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib. "Xəbəraz.Az" xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, 20 yanvar küçəsi ev 70, mənzil 12 ünvanında yaşayan Çələbiyev Tofiq Fuad oğlu quruma məktub ünvanlayıb və onlardan yardım istəyib.

Şikayətçi məktubunda qeyd edib ki, 24.04.2019-cu il tarixində Bakı şəhəri Nəsimi ray. H.Əliyev, 2 mkr 3224-cü ünvanında yerləşən “İrşad Electronics” mağazasından “İphone XS Max Space Gray 256 gb” markalı telefon almaq üçün müraciət edib: “Satıcıya bu telefonun 2 sim kartlı (dual) versiyasını istədiyimi bildirdim. O, mənim istəyimə uyğun belə təzə telefon olduğunu bildirdi və öz dediyinə görə açılmamış qutuda telefonu mənə təqdim etdi. Çox tələsdiyim üçün kartla 2849 AZN ödəyib telefonu aldım. Bundan əlavə 20 AZN ödəyib yerindəcə telefona qoruyucu üzlük çəkdirdim. Satıcıya inandığım və tələsdiyim üçün telefonun heç bir funksiyasını yoxlamadım.Telefonun funksiyalarını yoxlamaq üçün işə salanda gördüm ki, telefon yalnız 1 sim kartı dəstəkləyir. Məlum oldu ki, satıcı məni aldadıb, telefon mənim tələbatımı ödəmir, çünki 1 sim kartlı telefon özümdə var. Gec olduğundan məcbur olub 25.04.2019 tarixdə telefonu götürüb mağazaya getdim, telefonun dəyişdirilməsini xahiş etdim. Satıcı səhv etdiyini etiraf etdi və telefonumun dəyişdiriləcəyini bildirdi. Lakin şərt qoydu ki, mütləq telefona rəy vermək üçün texniki servisə aparılmalıdır. Dərhal Xocalı pr. ev 42 (Xətai m.s yanı) ünvanında yerləşən servisə getdim.Telefonu servisə təqdim etdim. Mühəndis əlində müxtəlif üsullarla telefona baxdıqdan sonra telefonda karkasın aşağısında çox çətinliklə görünən rəng qopuğu olduğunu bildirdi. O, telefonu dəyişməsinin mümkünsüz olduğunu deyərək bu barədə rəsmi texniki rəy verdi. Mən telefonda qətiyyən istifadə etmədiyimi və qoruduğumu bildirsəm də o, nöqtə ölçülü rəng qopuğunu əsas gətirdi. Qərara gəldim ki, rəng qopuğunu satıcı və ya servis edib, ya da telefon mənə satılmazdan öncə aktiv edilib. 26.04.2019 tarixində imei24.com saytına daxil olaraq telefonun seriya nömrəsi vasitəsi ilə 23.04.2019 tarixində aktiv edildiyini müəyyən etdim. Mənə təzə adı ilə satıb.

Digər xəbərlər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi
Sabaha olan hava proqnozu açıqlandı
Dərsə ağıllı başlamaq üçün lazım olan - 9 ƏŞYA
Ölkəyə 500 min maska gətirilib, apteklər yenə “yoxdur” deyir - Video
Nazarbayev Qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik edib
Məktəblərin yenidən bağlanmasına qərar verildi
Generallar prezidentdən Ukraynadakı “əməliyyatı” dayandırmasını istədi – Putinin CAVABI
Deputatlar icra başçılarının həbsindən danışdılar: “Çoxlarının yuxusu qaçıb, kürkünə birə düşüb”
Qadın toyuq almağı unudan ərini bıçaqlayaraq öldürdü - Çində qətl
Vətən müharibəsi şəhidinin övladı faciəvi şəkildə öldü
Prezidentin köməkçisi: "Vaksinlər hazır olan kimi ölkəyə gətiriləcək"
"Paşinyanla istənilən vaxt danışmağa hazıram..."
Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib
BDU-nun professoru vəfat etdi
Ağcabədidə heç kimin xəbəri olmadığı tenderi kimlər və necə keçirib? -
Naumov: “Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdı”
Yerevanda spikerin kreslosunda əyləşib siqaret çəkən gəncin meyiti tapıldı
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
Rusiya XİN məlumat yaydı
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
Düşmən təxribatları nəticəsində ölən mülki əhalinin sayı açıqlandı - FOTO
Həbsdə olan Ağstafanın sabiq icra başçısı koronavirusdan vəfat edib
Şəkər zavodunun acı taleyi: Yerli istehsalçılar üçün dərslər - TƏHLİL
Putin göstəriş verdi: Rusiya başlayır...
Rafael Dadaşov dəfn edildi
Bir mənzili 2 nəfərə satan iş adamı həbs edildi
Yerüstü Nəqliyyat Agentliyinə sədr təyin olunub
FHN xəstə vətəndaşa köməklik göstərib - VİDEO
Düşmən 5 rayonu intensiv atəşə tutur
Təyyarəyə havada yanacaq vuruldu - VİDEO
{sape_links}{sape_article}