Son dəqiqə
28-03-2020, 21:06
778

Prezidentdən xəbərdarlıq: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"

Prezidentdən xəbərdarlıq: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"


"Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz".

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında deyib.

Azərbaycan Prezidenti bildirib:

"Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal.

Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, "mən qorxmuram, mənə bir şey olmaz”.

Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır.

Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək".

İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz, 2 nəfərdən çox. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır. Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır.


XeberTv.info

Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza tələbi LƏĞV EDİLDİ
Keçmiş millət vəkilinə cinayət işi açıldı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
MN: "Olmayanı məhv etmək mümkün deyil"
Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov
“Neftçi” bu 3 futbolçu ilə yollarını ayırdı
Statistika Komitəsinin 5 minlik məhəccərləri oğurlandı
“Deyirdi ana, ermənilər nə qorxaqdı, bizi görən kimi silahlarını atıb qaçırlar... “
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda Prezidentin iştirakı ilə konfrans keçirilir
Qarabağda daha 5 humanitar mərkəz yaradıldı
QHT Şurası getdi, Agentlik gəldi, nə dəyişdi?
Günün qoroskopu - 17.03.2020
Alimlərdən şok: Yadplanetlilər artıq aramızdadır
Putin “Mercedes”in sükanı arxasına keçib Lukaşenkonun dalınca getdi
DİN əməliyyat keçirib: Dolları rəsmi məzənnədən baha satan şəxs tutulub - VİDEO
Messi və Suares Bekhemin klubunda birlikdə oynaya bilər
İlham Əliyev Bakıda yol açılışında
Bayramov Gəncəni necə kəndə çevirib... -
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
Baş bankir: "Zəif banklar ölkənin imici üçün problemdir"
Azərbaycan Futzal Federasiyasının rəhbərliyində dəyişiklik edilib
Leyla Abdullayeva: "Paşinyan getsə belə razılaşma dəyişməyəcək”
Avropada qazın qiyməti sürətlə artır
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ
UEFA-nın Nurlan İbrahimova verdiyi cəza ədalətlidirmi? – ARAŞDIRMA
Putin, Əliyev, Ərdoğan - dəyişikliklər ərəfəsində unikal ittifaq
“Azəriqaz”ın səhvinə görə abonent pul ödəməlidir?
“İgid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkür edirəm”-Mehriban Əliyeva
Hüseynbala Mirələmovun əxlaqsızlığı - VİDEO
{sape_links}{sape_article}