Son dəqiqə
28-03-2020, 23:02
863

İlham Əliyev: “Biz birlikdə güclüyük!”

İlham Əliyev: “Biz birlikdə güclüyük!”





















Bu gün prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışı zamanı ölkədə onun sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin toplanması haqda da danışıb.

Sitat:

-Dövlət bütün işləri görür. Qeyd etdiyim tədbirlər hesab edirəm ki, ən düzgün tədbirlərdir. Eyni zamanda, sahibkarları, işini itirənləri dəstəkləmək üçün mənim Sərəncamımla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və bizim maliyyə imkanlarımızı səfərbər etməkdir. Bu işçi qrupları fəaliyyətə başlayıb və təkliflər hazırlanır. Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına. Xüsusilə bildirməliyəm ki, Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.

XeberTv.info

Digər xəbərlər

Həyat yoldaşı və qızı Kürdə batan qadın danışdı - VİDEO
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Məşhur generalın qudası həbs edildi
Bakıda Çanaqqala restoranında karantin rejimi belə pozuldu - VİDEO
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - FOTO
Azərbaycanda COVİD-19-a bu gün yoluxmuş şəxslərin sayı açıqlandı
Millimiz növbəti matçını Xorvatiyada keçirəcək
"Bu da Sahil Babayevin camaata verdiyi zülüm..." -  VIDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək.
Şuşanın UNESCO-nun siyahısına salınması ilə bağlı işlər görülür
Şuşada düşmənin dərsini verən müəllimimiz
ABŞ altıncı nəsil qırıcı təyyarəsini nümayiş etdirdi
Siqaret çəkməyənlər niyə ağ ciyər xərçənginə tutulur?
Dərmanların qiymətlərində fərqi kim yaradır? - NARAZILIQ...
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Şuşada “İsgəndər-M”in qalıqlarının tapılması dünya mediasında
Düşmənin hərbi avtomobil korteji məhv edilib - VİDEO
Maradonanın ölüm səbəbi məlum oldu
Cəbhə xəttində erməni təxribatı davam edir
“Netflix” ilk dəfə Azərbaycanda film çəkdi - FOTO
Ermənistan atəşkəsin birinci günü 5 rayona 229 mərmi atıb
İraq məhkəməsi Süleymaninin qətli ilə bağlı Donald Trampın həbsinə qərar verdi
Bazar gününün hava proqnozu açıqlandı
Milli Məclisin İntizam komissiyasında Cavanşir Feyziyevin məsələsinə baxıla bilər
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Polşada yaşayan soydaşımızı ermənilər qətlə yetirib?
Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı
II Qaregin: “Ermənilərin ruhu sarsılıb”
Polşa Belarusla sərhəddə hasar çəkir
{sape_links}{sape_article}