Son dəqiqə
3-04-2020, 23:32
1 000

Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

Karantin rejimində taksi fəaliyyəti ilə bağlı müraciət edənlər arasında sui-istifadə halı qeydə alınıb

Bakı Nəqliyyat Agentliyinin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb. Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına dair müraciət edib.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən məlumata görə, müraciət edənlərin böyük əksəriyyəti uzun müddət fərqlənmə nişanı olmadan qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülər olub. Müraciət edənlərin bir qismi vergi ödəyicisi kimi qeydiyyatda olsa da, onların idarə etdiyi avtomobil taksi kimi qeydiyyatda olmayıb. Müraciət edənlər arasında yaşı 65-dən yuxarı sürücülərin olduğu da müəyyən olunub.

Eyni zamanda, nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmadığı da müəyyən edilib.

Qeyd edilənləri nəzərə alaraq həmin sürücülərin avtomobillərinə fərqlənmə nişanı verilməyib.

Nəqliyyat vasitəsi taksi minik avtomobili kimi qeydiyyatda olan, davamlı olaraq fərqlənmə nişanı alan sürücülərə və taksi şirkətlərinə fərqlənmə nişanının verilməsi təmin edilib.

Həmçinin bildirilir ki, bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadə halı ilə bağlıdır. Belə ki, həmin sürücülərin əsl məqsədi xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq olunan zaman taksi xidməti adı altında sərbəst hərəkət imkanı əldə etməkdir.

XeberTv.info

Digər xəbərlər

İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
“Zəfər” ordeninin statusu məlum oldu
Bakıda iki qızı vəhşicəsinə döyüb yola atdılar
Sabah YAP MSK üzvlüyünə namizədlərini müəyyənləşdirəcək
Erməni silahlılar Bəyanatdan sonra Qarabağa gəlib - FAKT
ŞÖBƏ RƏİSİ GÜNAHI GENERALA, O DA QARALOVA ATDI -
Vüqar Bayramov qardaşının həbsindən DANIŞDI
Qayınana hadisə yerində, qayınata isə xəstəxanada öldü: Prokurorluq dəhşətli cinayət barədə məlumat yaydı
İyulun 15-nə olan hava proqnozu
Rafiq Bayramovla Zakir Sultanovun da həbs müddəti uzadıldı
Xəzərdə zəlzələ oldu
“Ayaks” çempionluq kubokunu əridib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - FOTOLAR
DTX açıqladı: Neftçaladakı əməliyatda kimlər tutuldu... - Adlar və vəzifələr/Video
Azərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib
Sabah 25 dərəcə isti olacaq
Bakıda vəkil intihar etdi
Saleh Məmmədovun işçisindən ŞOK AÇIQLAMA
Model dəfilə zamanı podiumda yıxılıb öldü - Video
"Kiyevdə 50-yə yaxın səfirlik fəaliyyətini bərpa edir" - Zelenski
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
`QARA MASKALI`lar SDU rektorunun QAPISINI DÖYƏCƏKMİ? -
Zaur Mikayılov kollektivə təqdim edildi
MİDA yeni BAZARLIĞA HAZIRLAŞIR... - Əliniz cibinizdə olsun...
Xudatda narkotik satışına görə iki nəfər TUTULDU
Prezident işdən çıxarılan icra başçılarından danışdı
İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA
Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var
Novxanıda gənclər və yeniyetmələr arasında narkotiki təbliğ edən şəxs saxlanılıb - FOTO - VİDEO
{sape_links}{sape_article}