Son dəqiqə
Manset / Ölkə
9-04-2020, 22:22
835
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
Dünən Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.
XeberTv.info bildirir ki, BakuPost-a daxil olan məlumata görə, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.
Milli Məclisdən Rəmzi Şükürovun işdən çıxarılmasını təsdiqləsələr də, səbəbini açıqlamayıblar.