Son dəqiqə
10-04-2020, 18:24
899

Nazirlər Kabineti: Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir

Nazirlər Kabineti: Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir


Nazirlər Kabineti xüsusi karantin rejimində orta və böyük tonnajlı yük maşınları ilə kənd təsərrüfatı məhsullarının rayonlar arasında, o cümlədən rayonlardan Bakı və digər böyük şəhərlərə daşınması proseduruna aydınlıq gətirib.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat”a əsasən, fermerlərin kənd arasında hərəkətləri sərbəstdir, kəndlərarası hərəkət və rayona gedib-gəlmək üçün kənd icra nümayəndəsindən, rayonlararası hərəkət üçün isə rayon icra hakimiyyəti orqanından arayış almalıdırlar.

Fermerlərin məhsullarını alaraq Bakı və digər böyük şəhərlərdə satış mərkəzlərinə çatdıran təchizatçılara gəlincə, İ. Məmmədov qeyd edib ki, əgər təchizatçı kimi VÖEN-i varsa, icazə.gov.az vasitəsi ilə icazə alınmalıdır: “Əgər yük daşıyan hansısa şirkətin əməkdaşıdırsa, həmin şirkət bunun üçün icazə.gov.az vasitəsi ilə icazə almalıdır. Bu icazə alındıqdan sonra yüklər sərbəst daşına bilər. Çünki Nazirlər Kabinetinin qərarına əsasən, yükdaşıma sərbəstdir”.

İ. Məmmədov bildirib ki, indiyə qədər kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olmuş təchizatçılardan hansının VÖEN-i yoxdursa, onlar orta və iri tonnajlı yük maşını ilə Bakıya kənd təsərrüfatı məhsulları gətirmək üçün yerli icra hakimiyyəti orqanından arayış almalıdır: “Tutaq ki, Qazaxdan, Tovuzdan bir “KamAZ” kartof gətirir. İcra hakimiyyətindən arayış alıb, sərbəst şəkildə kənd təsərrüfatı məhsulları yüklənmiş yük maşını ilə Bakıya gələ bilər”.

Qeyd edək ki, Milli Məclisin son iclasında da bəzi millət vəkilləri kənd təsərrüfatı məhsullarının Bakıya daşınması sahəsində problemlərin olduğunu, hətta rayonda istixanalarda məhsulları olan sahibkarların məhsullarını Bakıda pulsuz paylamağa hazır olduqlarını bildirmişdi.

XeberTv.info

Digər xəbərlər

Tibb işçilərinə əlavə ödəniş nə vaxt veriləcək?
Kürdəmirdə əkin sahələrinə gediş-gəlişi təmin edən körpü uçdu
Milli Məclisin növbədənkənar iclası başa çatıb
Tətil qərarı özəl kurslara aid deyil
Yoluxanların sayı açıqlandı
Azərbaycanda çörəyin qiyməti qalxdı - FOTOLAR
Bakıda deputatın iştirakı ilə zəncirvari qəza
İTV-nin əməkdaşı vəfat etdi
Alsunun qızının vəziyyəti yaxşı deyil - Atası hərəkətə keçdi
Yoluxanların sayı 700-ü keçdi
Vaşinqtonda küçəyə Camal Qaşıqçının adı verilə bilər
Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir
Vasif Talıbov və ailə üzvlərinin əlindən çıxan biznes stukturları
“Space”nin yeni rəhbəri kim olacaq?
""Ştutqart" servis mərkəzi yox, maşına hər cür zərər vurma mərkəzidir" - GİLEY
Spikerdən Eldəniz Səlimovla bağlı AÇIQLAMA
Deputat həbsə gedir, PROBLEMLƏRSƏ QALIR... - VİDEO
Məhkəmə Eldar Həsənov barəsində qərar verdi
Azərbaycanlı olimpiya çempionunun oğlundan uğurlu nəticə
Donald Tramp və xanımı koronavirusa yoluxdu
"Bu qədər pula hərislik hansı ölkənin bank sistemində var?" – DEPUTATDAN SƏRT REAKSİYA
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Mövlud Çavuşoğlunun Azərbaycana gəlməsinin əsas məqsədi açıqlandı
Şuşa həbsxanasına dair qorxunc həqiqətlər -
Karantin rejimi qaydalarından sui-istifadə edən şəxs saxlanıldı - Video
Baş Qərargah rəisi getmək istəmir və Paşinyanın istefasını tələb edir
Böyük MƏHƏBBƏT bəslənən, xüsusi MEHRİBANLIQ göstərilən paytaxtın təhsil sisteminin faciəvi durumu
Hacı Məmmmədov Zamirəni necə oğurladıb? – SENSASSİON DETAL ÜZƏ ÇIXDI – VİDEO
Azərbaycanda koronavirusa yeni yoluxma faktları daha da azaldı
Azərbaycan nefti bahalaşır
{sape_links}{sape_article}