Son dəqiqə
12-04-2020, 18:52
1 814

Bakının maşın bazarında durğunluq

Bakının maşın bazarında durğunluq



"Hazırda avtomobil bazarı ilə bağlı hər hansı inkişafdan danışmaq olmaz. Çünki bazarda tam durğunluqdur”.

XeberTv.info məlumat verir ki, bunu "modern.az”a açıqlamasında ekspert Elməddin Muradlı bildirib.

O qeyd edib ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi bazara gediş-gəlişi də məhdudlaşdırıb:

"Demək olar ki, bazarda avtomobil alqı-satqısı aparılmır. Yəni faktiki olaraq maşın bazarı mövcud deyil.

İllərdir internet resurslarından istifadə edilməklə alqı-satqı aparılırdı. İndi də onlayn satış həyata keçirilir, amma real alıcı qismində ortaya çıxanlar olduqca azdır.

Buna təsir edən səbəblərdən biri də Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbələrinin işləməməsi idi. Amma 3-4 gün əvvəl təkrar qeydiyyatın onlayn qaydada həyata keçirilə biləcəyi açıqlandı.

Həmçinin notariuslar işləmir. Bildiyiniz kimi, avtomobil alıb-satanlar da bir-birinə etibarnamə verirlər və təkrar qeydiyyata gedənlər az olur. Bütün bunlar da avtomobil bazarnda vəziyyəti səngidən amillərdəndir”.

"Karantin dövrü uzanarsa, zərərin miqyası...”

E.Muradlı qeyd edib ki, karantin dövrü tez başa çatarsa, vəziyyətdən 30-40 faiz zərərlə çıxmaq mümkündür:

"Amma karantin müddəti uzandıqca, bu sahədə də zərərin miqyasının böyüməsi qaçılmazdır. Doğrudur, bəzi avtomobil salonları, dillerlər onlayn satış rejimini tətbiq edirlər.

Dünən verilən açıqlamaya görə, bir neçə şirkət bu sistemi tətbiq etməyə başlayıb. Burada söhbət yeni avtomobillərdən gedir.

Amma ola bilər ki, avtomobil salonları bunu "ikinci əl” avtomobillərinə də şamil etsin. Hər bir halda Azərbaycanda satışda olan ikinci əl avtomobilləri saz vəziyyətdə olmur.

Bazara çıxarılan avtomobillərin çoxu yararsız olur. Çünki bir çox avtosalonlar xaricdən avtomobil gətirmir, elə köhnə maşınları kosmetik dəyişikliklər edərək, satışa qoyur.

Ona görə də alıcılar mütləq avtomobillərə baxmağa, onu yoxlatdırmağa çalışırlar. Xüsusi karantin dövründə isə bu, mümkünsüzdür. Bu da bazarda səngiməni artıran digər səbəbdir”.

"Vəziyyətdən istifadə edib hər yola əl atanlar var”

E.Muradlının sözlərinə görə, postkoronavirus dövründə avtomobil bazarında aktivlik yaratmaq üçün ən azı 6 ay lazım olacaq.

Ekspert qeyd edib ki, hazırda tələbat olmadığından qiymətlər də enib:

"Rəsmi dillerlər, salonlar da qiymətləri endiriblər. Hətta 20 min manatdan yuxarı qiymətə olan avtomobillər üçün bir nəfər də olsun alıcı müraciət etmir.

Zəng vuranlar da adətən avtomobil alverçiləri olur ki, onlar da istəyirlər ki, avtomobili maksimum ucuz qiymətə alsınlar və vəziyyət düzələndən sonra öz maraqlarına uyğun olaraq, baha qiymətə satsınlar.

Ümid edək ki, koronavirus təhlükəsi tez bir zamanda aradan qalxar, vəziyyət nəzarətə götürülər. İstənilən halda burada insan faktoru da özünü göstərir.

İnsanlar istənilən şəraitdən öz maraqları üçün istifadə etməyə çalışırlar. Bugünkü vəziyyətdən öz xeyirlərinə istifadə edənlər çoxdur.

Onlar bilir ki, kimsə avtomobilini təcili satmaq istəyəndə, onu dəyərindən qat-qat ucuz alanlar da tapılır.

Yəni təəssüf ki, hər yola əl atanlar var”.

Digər xəbərlər

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
Tanınmış futbolçu da koronavirusa yoluxdu
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər
Hadrut və Zəngilanda nə baş verir?
Şəhərin mərkəzində insanların gecə həyatına haram qatan "Bar2Kat" kulubuna dur deyən tapılacaqmı? -
Prezident bir qrup sahibkarı təltif etdi -
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək?
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Deputatın oğlu da işdən çıxarıldı
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı
Bakıda iki bacını avtomobil vurdu
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Rəqqasə Aygün Türkiyədə küçənin ortasında elə rəqs etdi ki... - VİDEO
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində -
Röya yenə məşhurları klipinə çəkdi
Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”
Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Cəfər Əliyev hərbi prokuror Xanlar Vəliyevin qardaşını ittiham etdi: “Hər şeyimi əlimdən aldı”
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda kişi arvadını amansızlıqla qətlə yetirdi
“Siyəzən Broyler”də yanğın oldu
Azercell-dən müəllimlərə dəstək!