Son dəqiqə
17-04-2020, 10:38
937

190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə - VİDEO

190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə - VİDEO


190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən xeyli insan var. Lakin onların əksəriyyətinə ödəmənin təyin-olunub olunmaması ilə bağlı bildiriş göndərilməyib. Dövlət Məşğulluq Xidməti bildirişlərin göndərilməmə səbəbini və onlayn qeydiyyat bölməsində edilən yenilikləri açıqlayıb.

Ağcabədi sakini Qəhrəman Rəhimov kimi 190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən, lakin hələ də heç bir cavab almayan insanlar var. Onları düşündürən əsas məsələlərdən biri də odur ki, hər hansı bir səbəbdən ödəmə təyin edilməyənlərə də bununla bağlı bildiriş sms-i göndəriləcəkmi?

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, birdəfəlik ödəmə üçün minlərlə müraciət var. Artıq 120 min nəfərə birdəfəlik ödəmə təyin olunub.Vətəndaşlara ödəmənin təyin edilməsi sms-ləri ilə yanaşı, imtina bildirişləri də göndərilir.Artıq 20 min nəfərə imtina sms-i göndərilib.Cavab mesajlarının göndərilməsi ilə bağlı konkretbir müddət yoxdur.

Qeydiyyatdan keçən bütün şəxslərə yaxın günlərdə bununla bağlı bildirişlər göndəriləcək. Daha bir məsələ isə E-sosial portalının "Onlayn Müraciət" bölməsində yeniliyin edilməsidir.

Hazırda qeydiyyat zamanı "həyat yoldaşının fin kodu" hissəsində onun əcnəbi olması və digər seçimlər qoyulub. Əvvəl isə bu yox idi və fin kodun yazılması məcburi idi. Ona görə də bəzən vətəndaşlar həmin hissəyə müxtəlif hərf və rəqəmlər yazmaqla qeydiyyatdan keçməli olurdular. Həmin şəxslərə də ödəmənin təyin edilməsində problem yaranmayacaq.

Birdəfəlik ödəmə üçün qeydiyyat davam edir.




XeberTv.info

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}