Son dəqiqə
27-04-2020, 11:25
905

Müəllimlərin işə qəbulu üçün müsahibələr onlayn keçiriləcək

Müəllimlərin işə qəbulu üçün müsahibələr onlayn keçiriləcək


Müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibələr onlayn keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr "Microsoft Teams” platforması üzərindən təşkil olunacaq və ilkin mərhələdə Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimləri əhatə edəcək. Onlayn müsahibələrdə iştirak könüllü surətdə həyata keçirilir və müsahibələrdə iştirakla bağlı namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.

Bu və ya digər səbəblərə görə müsahibələrə qoşula bilməyən namizədlərin ənənəvi şəkildə müsahibədə iştirak hüququ saxlanılır. Xüsusi karantin rejimi dövründə tətbiq edilən hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra həmin şəxslərin müsahibədə iştirakı təmin olunacaq.

Proses barədə mütəmadi məlumat veriləcək.

Qeyd edək ki, 2018-2019-cu və 2019-2020-ci tədris illəri üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış və vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə müsahibədə iştirak üçün 3000 nəfərə yaxın namizəd qeydiyyatdan keçib. Müəllimlərin şəxsi məlumatları, hazırda müddətli əmək müqaviləsi ilə işlədikləri məktəblərdə vakansiyanın olub-olmaması yoxlanılıb və 1300-dən çox namizədin elektron ərizəsi təsdiq edilib.(modern.az)

XeberTv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu