Son dəqiqə
27-04-2020, 12:30
649

Tovuzda sahibkarlar “qan ağlayır”, iki nazirlik susur - NARAZILIQ...

Tovuzda sahibkarlar “qan ağlayır”, iki nazirlik susur - NARAZILIQ...


Pandemiyadan zərər çəkən sahibkarların heç də hamısı dövlətdən kompensasiya ala bilməyib.

Reportyor.info-ya dərdini danışan Tovuzun Aşağı Quşçu kənd sakini, sahibkar Firuz Məmmədov İmanoğlunun sözlərinə görə, onun soyuducu anbar kompleksi var. Sahibkar bildirir ki, soyuducu anbar kompleksində onunla yanaşı digər fermerlərin üzümü qalıb. Martda satışını nəzərdə tutan fermerlər pandemiyaya görə məhsullarını sata bilməyiblər. F.Məmmədov bildirir ki, onların məqsədi əllərində qalan tonlarla üzümü dəyər-dəyməz qiymətinə də olsa satıb növbəti əkin-becərməyə hazırlaşmaqdır. “Biz böyük məbləğdə ziyan eləmişik. Bazarlar işləmir, martda hər yer bağlandı, üzüm soyuducu anbarında qaldı. Üzümün mayası 1,20 manatdır. Biz 60 qəpikdən də satmağa razıyıq. Halbuki, 1, 40 manatdan satışını nəzərdə tutmuşduq”.

Sahibkarlar qeyd edirlər ki, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və prezidentə kompensasiya üçün müraciət ediblər: “Ancaq bizə heç nə deyilməyib. Biz satış edə bilmiriksə, bağları necə becərək? Təzədən bir məhsul üçün 5 il gözləməliyik”. Sahibkarların sözlərinə görə, ümumilikdə fermerlərin əlində 350 ton üzüm qalıb: “Bircə Kənd Təsərrüfatı Nazirliyindən və Aqrar Tədarükdən zəng olunub. Biz də ideya vermişik ki, heç olmasa lisenziya alaq, spirt kimi çəkib sataq”. Sahibkarların hər birinə azı 10-15 min manat ziyan dəyib. Onlara işləyən hər soyuducuya görə azı 300-700 manat arası işıq pulu gəlir. Fermerlər dövlətdən, prezidentdən və hər iki nazirlikdən kömək gözləyir.


XeberTv.info

Tovuzda sahibkarlar “qan ağlayır”, iki nazirlik susur - NARAZILIQ...

Tovuzda sahibkarlar “qan ağlayır”, iki nazirlik susur - NARAZILIQ...

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu