Son dəqiqə
28-04-2020, 18:14
905

Daha bir yaşayış kompleksində güzəştli mənzillərin satışına hazırlıq başladı

Daha bir yaşayış kompleksində güzəştli mənzillərin satışına hazırlıq başladı


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Kompleks haqqında məlumatların ətraflı təqdim olunduğu hovsan.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilib.

Bu barədə MİDA-nın Mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq hazırlanmış portal istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir. İnternet səhifənin mobil versiyasının olması isə istifadəçilərin saytın imkanlarından daha çevik yararlanmasına şərait yaradacaq.

İstifadəyə verilmiş yeni internet səhifəsi hər kəs üçün Hövsan Yaşayış Kompleksi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir. Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Hövsan Yaşayış Kompleksinin hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola biləcəklər.

Bununla yanaşı, Hövsan Yaşayış Kompleksinin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.

İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.

Səhifənin “Mənzillər” bölməsi isə Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan verildikdən sonra aktivləşdiriləcək. İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, tezliklə Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək və “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.(report.az)

XeberTv.info

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}