Son dəqiqə
29-04-2020, 12:46
810

Necə olur ki, yardım ala bilməyənlərin sayı əhalinin sayından çox olur? (TƏHLİL)

Necə olur ki, yardım ala bilməyənlərin sayı əhalinin sayından çox olur? (TƏHLİL)


"Hökümətin işsizliklə, yoxsulluqla, inflyasiya ilə bağlı rəsmi statistikası həmişə şübhə doğururdu”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli alim həmkarı Qubad İbadoğlunun 190 manat alanlarla bağlı apardığı hesablamadan danışarkən deyib. Natiq Cəfərli sözü gedən siyahıda az sayda təkrarlanan rəqəmlərin olduğunu deyib:

"Büdcədən maas alan 915 min nəfərin arasında hərbiçilər də var. Hərbiçiləri niyə ayrıca yazıb? Onlar büdcədən maliyyələşən təşkilatlardır. 1,7 milyon kənd təsərrüfatında çalışan yazıb, bunlar torpaq payı olanlardır. Sonradan qərar verildi ki, əkinə yararlılığı olmayan torpaqları olan vətəndaşlar da 190 manatla bağlı müraciət edə bilərlər. Fərdi sahibkarlıq bölümündə bu günə kimi bütün VÖEN alanları hesablayıb. Problem odur ki, həmin adamların yarısı işlək vəziyyətdə deyil. Yəni, qapalı bölümlərdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə sonradan açıqlama verdi ki, qapalı bölümdən olanlar da müraciət edə bilər. Əslində, işsizlərlə bağlı Azərbaycan hökumətinin rəqəmləri vardı. Mart ayının 1-nə 90 min işsiz vardı. Birdən-birə bir ayın içərisində 600 min yardımla bağlı qərar verildi. Burdan belə nəticə çıxır ki, hökümətin 90 min rəqəmi doğru deyil. Hökümətin işsizliklə, yoxsulluqla, inflyasiya ilə bağlı rəsmi statistikası həmişə şübhə doğururdu. Bu, bir daha əyani şəkildə sübut etdi ki, rəsmi statistika kifayət qədər siyasiləşib. Rəsmi statistikanın siyasiləşməsi normal rəqəmlərə çıxış imkanlarını məhdudlaşdırır. Və bu hökümətə də ciddi problem yaratdı. Hökümət özü də başa düşdü ki, rəsmi statistika normal olmasa, diaqnostikanın qoyulması, normal effektli addımların atılması çətinləşir. Müstəqil ekspertlərin uzun illərdir dediyi nə idi? Rəsmi işsizliklə bağlı rəqəmlər siyasiləşir. Pandemiyanın xeyri o ola bilər ki, bundan sonra statistik rəqəmlərdə normal yanaşma olsun. 600 min vətəndaş uzun illərdir ki, işsizdir”.

Natiq Cəfərli qeyd edib ki, fermerlerlə bağlı addım atılmalıdır:

"Növbəti addım kimi, hökumətin əlində fermerlərlə bağlı dəqiqləşdirilmiş siyahılar olmalıdır. Ən azından 1,7 milyonun yarısı pay torpaqları olsa da, heç bir gəlir götürməyən insanlardır. Onları fermer kimi siyahıya almaq, VÖEN-i bağlayanların statistikası aparılmalıdır. Bir sıra məsələlər ölkədə statistikanın bərbad olduğunu üzə çıxartdı. Yeri gəlmişkən, Prezident də çıxışında statistika ilə bağlı məsələni hardasa 3 dəfə deyib”.

XeberTv.info

Digər xəbərlər

Valideynlərin nəzərinə! İmtahan stresi uşaqlarda təhlükəli xəstəliyə səbəb olur
Sevinc Fətəliyevaya daha bir seçici etirazı: "Dəfələrlə qəbulunda olmuşuq..."-VİDEO
Xacmazda qanlı cinayət — QAYIN YEZNƏSİNİ GÜLLƏLƏDİ
Təcili yardım çağırışlarının gecikməsinin səbəbləri açıqlandı
Hikmət Hacıyev Ermənistana raket sistemlərinin daşınmasından yazdı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
“Eurohome” yanır
Xoş o kəsin halına ki, Bakı Beynəlxalq Avtovağzalında ADAMI VAR...
Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
DİN sosial şəbəkə istifadəçilərinə müraciət edib
Azərbaycanda fəhlə ölümcül xəsarət aldı
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
“Semaşko”da müayinə aparatı işləmir
Bir kiçik zəlzələnin apardığı böyük pulları Kəmaləddin Heydərovun hansı şirkətləri “udub”
Göyçayda karantin qaydalarını pozan COVID-19 xəstəsinə cinayət işi açılıb
Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu
Allah belə bir gözəllik versə də... - İsmayıllıdan GİLEY
Füzulidə iki azərbaycanlı minaya düşdü
DİN-dən Qubad İbadoğlunun qızı ilə bağlı AÇIQLAMA
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işdən qovuldu
PSJ-nin çempionluğu rəsmiləşdi - YENİLƏNİB
Yoluxanların sayı açıqlandı
Cahangir Əsgərovun xanımının yazışmaları üzə çıxdı
Türk əsgərlərinə dəhşətli hücumun əsl səbəbi bu imiş – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Zəngilanın İkinci Ağalı kəndindən görüntülər - VİDEO
SON DƏQİQƏ! Elmar Məmmədyarov istefa verdi
Türkiyə hərbçiləri Naxçıvanda
Pelenin vəziyyəti yenidən pisləşib
Bakıda "Bazarstore" mağazasında güclü YANĞIN - VİDEO
Şəkinin giriş-çıxışına polis postu quruldu
{sape_links}{sape_article}