Son dəqiqə
16-06-2020, 15:00
1 067

Kür çayının aşağı axınında suyun səviyyəsinin azalmasının səbəbləri açıqlanıb

Kür çayının aşağı axınında suyun səviyyəsinin azalmasının səbəbləri açıqlanıb


Direktor, akademik Ramiz Məmmədov başda olmaqla, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov 3 gün müddətində Neftçala və Sabirabad rayonlarında ezamiyyətdə olublar.

Coğrafiya İnstitutundan bildirilib ki, tədqiqat qrupunun məqsədi son zamanlar Kür çayının aşağı axınında yaranmış su probleminin tədqiqi, səbəblərinin araşdırılması və tövsiyə tədbirlərinin hazırlanması olub.

Alimlər Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsinin iyun ayında, yəni suya tələbatın artdığı yay fəslinin başlanğıcında kəskin şəkildə azalmasını, hətta Neftçala rayonunun Xıllı məntəqəsindən çayın mənsəbinə qədər olan yatağın tamamilə dəniz suları ilə tutulmasını müşahidə ediblər. Onlar bildiriblər ki, bu vəziyyət çayın deltasında və ona yaxın ərazilərdə sıx məskunlaşmış əhalinin su ilə təminatında ciddi problemlər yaradıb. Xıllı məntəqəsi ilə Salyan şəhəri arasında Kür çayı dəniz suyu ilə qarışmış halda və ya, az da olsa, çay suyu şəklində axır. Çayın bu hissəsində vaxtı ilə 100-150 m. enində yataqboyu su axdığı halda, hazırda səviyyənin kəskin şəkildə azalması ilə əlaqədar olaraq sulu yatağın eni bəzi yerlərdə 4-5 m-ə qədər azalıb. Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən uzunsov adalar əmələ gəlib. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olub. Kür çayında suyun azalması ilə adaların əmələ gəlməsi və ya yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.

Tədqiqatçılar çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir neçə səbəbini aydınlaşdırıblar: "Bunlardan birincisi Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsidir. İkinci səbəb Kür çayının bu hissəsində asılı materialların kəskin azalması, üçüncü səbəb çay yatağında gedən eroziya proseslərinin dəyişməsidir. Dördüncü, əsas amillərdən biri Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulmasıdır. Beşinci səbəb Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri, Altıncı səbəb isə Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsidir. Kür çayında məcra prosesləri çox mürəkkəb olduğu üçün digər səbəblərin də mövcudluğu qaçılmazdır. Bütün bu problemlərin həlli Kür çayı boyunca əsaslı şəkildə kompleks hidroloji, iqlim, hidrogeoloji, geomorfoloji, landşaft və hidroiqtisadi tədqiqatlar aparmağı tələb edir". (apa.az)

XeberTv.info

Digər xəbərlər

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələri gətirilir - VİDEO
Vilayət Quliyevin qızı vəfat etdi
Ermənilərdən növbəti təxribat: Hərbçimiz yaralandı
Ermənistanın Səhiyyə Nazirliyi müharibədə 3 minə yaxın hərbçinin ölümünü təsdiqlədi
Sərnişindaşımalar yeni nəqliyyat planına uyğun icra ediləcək - CƏDVƏL
Böyük Britaniyada hava taksilərindən istifadə olunacaq
Ermənistan gün ərzində ikinci dəfə itkilərini açıqladı
Bəzi deputatlar Zəfər paradına buraxılmayıb
Türkiyə ordusu daha 4 terrorçunu məhv edib
Dayanma-durma qaydalarını pozan sürücülərin NƏZƏRİNƏ
DİN-in zabitlərinə ali xüsusi rütbələr verildi - SƏRƏNCAM
Moldovada prezident seçkiləri keçirilir
İrandan külli miqdarda dərman preparatları gətirən yük avtomobili aşkarlandı - VİDEO
Mingəçevir istiqamətində atılan raket göydə vuruldu
Aylar öncə itkin düşmüş hərbçimizin şəhid xəbəri gəldi - FOTO
Göygöldə ədalətin mizanı pozulanda... - GİLEY
Bir qrup FHN əməkdaşı təltif edildi - SƏRƏNCAM
Şabranda 4 müəllim koronavirusa yoluxdu, siniflər distant təhsilə keçdi
ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT
Onlardan kömək istəyən şəxsin pulunu oğurladılar - VİDEO
Oğluna 120 min dollarlıq maşın alan, bacısı oğluna vəzifə verdirən müavin yenidən gündəmdə - İcra başçısı Rəcəb Babaşov hara baxır?
“Broker Əbülfəz” dirilib – dərman, saxta gübrə, sement, “PAPA JOHN’S” və…
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Azərbaycanda iki toyun qonaqları arasında kütləvi dava - Bəy də dalaşdı
Yunis Səfərov apellyasiya şikayəti verib
Ermənilər Rusiya ilə “ittifaq dövləti” yaratmaq istəyirlər - Məqsəd Ermənistanı “sorosçulardan təmizləməkdir”
Bakıda qadına qarşı soyğunçuluq edildi
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Ən çox yoluxma Bakının bu rayonunda qeydə alınıb
{sape_links}{sape_article}