Son dəqiqə
25-08-2020, 09:14
849

İcra başçısı sosial şəbəkədə onu tənqid edən hüquqşünası məhkəməyə verib

İcra başçısı sosial şəbəkədə onu tənqid edən hüquqşünası məhkəməyə verib


“İcra başçısı dəbdəbəli həyat tərzi sürür” yazan hüquqşünasın həbsi tələb edilir

Balakən sakini, hüquqşünas Fərid Qəribov öz feysbuk səhifəsində status yazıb.

Qəribov statusunda icra başçısı İslam Rzayev haqqında tənqidi fikirlər qeyd edib. O yazıb ki, Balakəndə əhali içməyə su tapmır, amma icra başçısı dəbdəbəli həyat tərzi sürür.

Hüquqşünas yazıb ki, icra başçısının oğlu dövlət işində işləyir, maaşına adekvat olmayan bahalı avtomobil sürür, rayondakı imkansız əhalinin torpaqları ələ keçirilib.

Bundan başqa, Fərid Qəribov qeyd edib ki, rayonda icra başçısı onun haqqında tənqidi fikirlər yazanları hədələyir. Bu fikirlərinə görə icra başçısı onu məhkəməyə verib.

Başçı xüsusi ittiham qaydasında iddia qaldırıb və hüquqşünasın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. F.Qəribov deyir ki, icra başçısı ona xəbərdarlıq da göndərib.

İcra başçısı məhkəməyə təqim etdiyi iddia ərizəsində yazıb ki, Fərid Qəribovun onun haqqında yazdıqları böhtandır. İcra başçısı bununla təhqir olunduğunu qeyd edib və Fərid Qəribovun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Əgər məhkəmə icra başçısının iddiasını təmin etsə, Fərid Qəribov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 2 ilə qədər islah işləri, yaxud 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdam məhrumetmə və 148-ci maddəsi ilə isə 1000 manatdan 2000 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri, yaxud da 6 aya qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. (Musavat.com)

XeberTv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"