Son dəqiqə
25-08-2020, 21:25
1 094

Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ

Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ


Azərbaycan əhalisinin yarıdan çoxu yerli icra hakimiyyətlərinə və məhkəmələrə etibar etmir.

Anews.az xəbər verir ki, bu dövlət qurumu olan Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sonuncu rəy sorğusunda məlum olub. 

STM-in məlumatına görə, sorğuda məlum olub ki, hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94.7 faiz) ölkə Prezidentinə etibar edir. Prezidentə "tam etibar edirəm” deyənlər isə 90,8 faiz təşkil edir. Rəyi soruşulanlar arasında parlamentə etibar edənlər isə 57,4 faiz olub. 

Sorğuda ən maraqlı nəticələr əhalinin yerli icra hakimiyyətləri və məhkəmələrə münasibətini öyrənəndə ortaya çıxıb. Məlum olub ki, respondentlər arasında yerli icra hakimiyyətinə etibar edənlər cəmi 46,2 faiz, məhkəməyə  etibar edənlər isə cəmi 49%-dir. Başqa sözlə, rəyi soruşulanların yarıdan çoxu bu qurumlara etibar etmir. 

Sorğunun nəticələri ilə bağlı açıqlamada bu rəyin səbəbləri ilə bağlı məlumatm göstərilməyib. Amma "Hansı sahədə daha çox islahatlara ehtiyac var?” sualına cavab verənlərin yarıdan çoxu icra hakimiyyətinin (53.7 faiz), 45,7 faizi isə məhkəmələrin adını çəkib. «Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə icra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir»-deyə STM-in açıqlamasında bildirilir. 

Qeyd edək ki, mart ayında keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1212 respondent iştirak edib. Respondentlər təsadüfi qaydada seçilmiş 101 klasteri təmsil ediblər. 

Sorğu arealı aşağıdakı iqtisadi-coğrafi rayonlarda həyata keçirilib: Bakı, Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran. Sorğu Naxçıvan Muxtar Respublikasında və işğal edilmiş regionların ərazisi istisna olmaqla bütün ölkəni əhatə edib. Eyni zamanda, işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğuya cəlb olunub.

XeberTv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"