Son dəqiqə
28-08-2020, 10:42
995

Türkiyədə “kazinolar kralı”nı güllələyən Həsən Müzəffərova pul göndərən kimdir...

Türkiyədə “kazinolar kralı”nı güllələyən Həsən Müzəffərova pul göndərən kimdir...


Tükiyənin Bursa şəhərində “kazinolar kralı” kimi tanınan və gecə klublarının sahibi olan 55 yaşlı Zeynel Demirin güllələnməsi işi üzrə keçirilən məhkəmədə maraqlı fakt üzə çıxıb. Bəlli olub ki, Demiri güllələyən 22 yaşlı Azərbaycan vətəndaşı Həsən Müzəffərova həbsxanada ehtiyaclarını ödəmək üçün pul göndərilir. Müzəffərovun vəkili pul göndərənin kimliyini araşdırmaq üçün məhkəmədə vəsadət qaldırıb. Belə ki, həmin adamın tapılması qətlin sifarişçisinin üzə çıxarılmasına kömək edə bilər.

Bu səs-küylü cinayət ötən ilin oktyabr ayında Bursanın Osmanqazi rayonunda, Demirtaşpaşa məhəlləsində baş verib. Zeynel Demir sahibi olduğu gecə klubunun qarşısında silahlı hücuma məruz qalıb, aldığı 3 güllə yarasından hadisə yerində keçinib. Hadisədən az sonra ona atəş açan Həsən Müzəffərov , habelə killerə kömək edən Türkiyə vətəndaşı İbrahim Yıldırım həbs olunub.

Videomüşahidə kameralarının görüntülərinə əsasən İbrahim Yıldırım H.Müzəffərovu gecə klubunun yaxınlığına aparıb və orada düşürüb. Lakin o, cinayətdə iştirakını inkar edir. H.Müzəffərov isə ifadəsində deyib ki, Türkiyəyə 7 ildir gəlib.

“İbrahim Yıldırımı 4 ildir tanıyıram, qardaş kimiyik. Hadisə günü İbrahim maşınla gəlib məni götürdü. Maşında heç kim yox idi. Yolüstü Bilalla (hər ikisinin ortaq tanışı) qarşılaşdıq, onu da maşına götürdük. Xahiş elədim ki, məni avtovağazala aparsınlar, çünki Malatyaya getmək istəyirdim. Bilal maşından endi. İbrahim mənə bildidi ki, Zeynel Demirlə düşmənçiliyi var. Məndə silah olduğunu bilirdi. “Zeyneli ayağından yarala” dedi. Hadisə yerinin yaxınlığında maşından düşdüm. Zeynel Demir məkanın önündə durmuşdu, ona tərəf getdim və silahı çıxarıb 4 dəfə atəş açdım. Yerə yıxıldığını görüb qaçdım, xəbərlərdən eşitdim ki, güllələr belindən dəyib. Öldürmək niyyətim yox idi”, - o ifadəsində bildirib.

Türkiyədə “kazinolar kralı”nı güllələyən Həsən Müzəffərova pul göndərən kimdir...


Lakin istintaqın versiyasına görə Müzəffərov “kazinolar kralını” öldürmək üçün pul alıb. Məhkəmədə onun atası Vahid Müzəffərov da ifadə verib, İbrahimin və ya Bilalın onun oğluna bu qətlə görə pul verməsindən xəbərsiz olduğunu deyib.

H.Müzəffərovun vəkili isə onun müdafiə etdiyi şəxsə həbsxanada ehtiyaclarını ödəmək üçün pul göndərən adamın kimliyini araşdırmağı istəyib. Bildirib ki, Müzəffərov ümumiyyətlə Zeynel Demiri tanımayıb, onu İbrahimin tapşırığı ilə güllələyib. Məhkəmə vəkilin vəsadətini təmin edib və həbsxana rəhbərliyinə Müzəffərova pul göndərənin kimliyini təsbit etmək üçün sorğu göndərib. Proses davam edir. (virtualaz.org)

XeberTv.info

Digər xəbərlər

Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb
Cəbrayılın Şıxalıağalı kəndindən görüntülər - VİDEO
Messiyə 500 milyon avroluq fantastik təklif
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Hərbi Hava Qüvvələrimiz gecə təlimləri həyata keçirdi - VİDEO
Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.
Azərbaycanda vəzifəli şəxsdən “unikal” pul mənimsəmə üsulları: Cinayət işi açıldı, məhkəməlik oldu
Bügün dəyərli Bəstakarımızın doğum günüdür
Konfrans Liqası: Musa Qurbanlı İsveç klubunun start heyətində
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Prezident “Yüksəliş” müsabiqəsi üçün 1 milyon pul ayırdı
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı
Yunis Hüseynov istefa verdi
Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi
Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar
Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib
Daha iki kanalın yayımı dayandırılacaq
Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır - XİN
Fərəc Quliyev həbs oluna bilər – prokurorluğa müraciət edildi
Bu gün deputatlar 18 məsələ üçün toplaşır
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Son sutkada daha 17 nəfər koronavirusa yoluxub
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Sabah qar yağacaq
Şamaxıda 9 yaşlı uşaq göldə batdı
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Bu gün onlar rəsmən deputat sayılacaq
Qızını döyməsi ilə bağlı ittihamlara cavab verdi
{sape_links}{sape_article}