Son dəqiqə
4-09-2020, 17:33
768

Belçika şirkəti Fikrət Əmirova edilən hərəkətə görə üzr istədi

Belçika şirkəti Fikrət Əmirova edilən hərəkətə görə üzr istədi


Bəstəkar Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissiyan və Emre Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib.

Sözügedən bəstə onlayn satış saytına, o cümlədən “YouTube” kanalında yerləşdirilib. Fikrət Əmirovun vərəsələrinin Əqli Mülkiyyət Agentliyinə müraciəti əsasında bu hüquq pozuntusunun qarşısının alınması üçün müvafiq tədbirlər görülüb və məsələnin tam həlli olunması istiqamətində işlər davam etdirilir. Agentlik tərəfindən hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Vardan Hovanissiyan və Emre Gültekinə məktub göndərilib, həmçinin “YouTube” kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsərinin hesabdan çıxarılması tələbi ilə həmin kanalın Administrasiyasına müraciət ünvanlanıb.

Eyni zamanda, məsələ ilə bağlı Agentlik tərəfindən hazırlanmış arayış Azərbaycanın Belçikadakı Səfirliyinə də göndərilərək Fikrət Əmirovun pozulmuş müəllif hüquqlarının bərpası və hüquq pozucularına – Vardan Hovanissiyan və Emre Gültekinə münasibətdə müvafiq tədbirin görülməsi üçün bu hüquq pozuntusu barədə Belçikanın müvafiq dövlət qurumu qarşısında məsələ qaldırılması xahiş edilib.

Görülən tədbirlərin nəticəsi olaraq, “Karin” musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətindən Agentliyə daxil olmuş məktubda edilmiş səhvə görə üzr istənilib və yaxın zamanda tələb olunmuş bütün dəyişikliklərin ediləcəyi bildirilib. “Muziekpublique” şirkəti tərəfindən Fikrət Əmirovun vərəsələrinə də məktub yazılaraq üzr istənilib və Vardan Hovanissiyan tərəfindən bu musiqinin folklor müsiqisi olduğu düşünüldüyü üçün bu səhvi etdiyi qeyd edilib.



Atılmış addımlar nəticəsində www.bandcamp.com saytında “Houcher” musiqisinin məlumat hissəsində dəyişiklik edildikdən sonra bu musiqinin bir tərəfdən folklor nümunəsi (trad - ənənəvi müsuqi) olduğu, digər tərəfdən isə bəstəkar Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında yaradıldığı göstərilib. Lakin bütün bunlar məsələnin mahiyyətinə qeyri -müəyyənlik gətirmək məqsədi daşıyır. Nəticə etibarı ilə Vardan Hovanissiyan və Emre Gültekin folklorun qorunması üzrə beynəlxalq alətin olmamasından istifadə edərək özlərinə bəraət qazandırmağa və məsuliyyətdən yayınmaq məqsədi güdürlər. Halbuki “Kor ərəbin mahnısı” müəllif əsəridir və orijinal əsər kimi 1963-cü ildə qeydiyyatdan keçirilib.

Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının 12-ci maddəsinə əsasən, ədəbi və bədii əsərlərin müəllifləri öz əsərlərinin dəyişilməsi, aranjıman və digər dəyişikliklər edilməsinə icazə vermək müstəsna hüququna malikdirlər.

Müəllif hüquq sistemində aranjıman - əsərin yenidən işlənməsi deməkdir. Aranjımanın kommersiya məqsədilə edildiyi halda əsərin müəllifi, hüquq sahibi və ya vərəsələrindən lisenziya (icazə) alınmalıdır.

Bununla yanaşı, “YouTube” kanalında “Houcher” əsəri haqqında yerləşdirilən məlumatda da “Houcher - Vardan Hovanissiyan – Emre Gültekin – Fikrat Amirov” kimi düzəliş edilib. Lakin əsərin tək müəllifi var, o da Fikrət Əmirovdur. Vardan Hovanissiyan və Emre Gültekin isə həmin əsərin yalnız ifaçılarıdır və üstəlik, əsərin adını icazəsiz dəyişdirənlərdir.

Hazırda pozulmuş hüquqların bərpası üçün Əqli Mülkiyyət Agentliyi tərəfindən Fikrət Əmirovun vərəsələrinə hüquqi yardımların edilməsi davam etdirilir. Agentlik və bəstəkarın vərəsələri “Muziekpublique” şirkətinə qarşı Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla “Houcher” adı altında “YouTube”da və digər media platformalarında yerləşdirilmiş musiqi əsərinin ümumiyyətlə çıxarılması tələbini irəli sürüblər.(qafqazinfo)



XeberTv.info

Digər xəbərlər

Özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı - FOTO
Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantində
DİM-dən imtahan verəcək şəxslərə MÜRACİƏT
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT
Azərbaycan Prezidenti: “Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır”
Halil Sezai saxlanıldı
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Adil Əliyev: Şərəf salnaməsi və Zəfər dastanı
Poliklinikanın baş həkimi Xəzər TV-nin xanım əməkdaşına hücum etdi
Ötən gün ölkədə heç kim vaksin olunmayıb
Milli Məclisin deputatı moldovalı biznesmenin qızını Bakıda evində gizlədir – VİDEO
Paşinyanın gizləndiyi yer məlum oldu
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Məşhur olmaq istədi, özünü YANDIRDI - VİDEO
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb
Ermənistan MN-nin Hərbi Nəzarət Xidmətinin rəisi də istefa verib
Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb
Gürcüstan Baş naziri istefa verdi
Rəşad Sadıqov 50 min manat… - İdman camiəsi də yardıma başladı
Daha 2 məktəb distant tədrisə keçdi
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - VİDEO
Azərbaycanda tanınmış bankir daha bir vəzifədən İSTEFA VERİR - Eldar Mahmudovun yaxınıdır...
Bu rayonlarda iki gün qaz olmayacaq
Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açılıb
Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq edildi - VİDEO
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
{sape_links}{sape_article}