Son dəqiqə
5-09-2020, 11:40
785

Sumqayıtda itkin düşmüş uşaq 3 gündür tapılmır

Sumqayıtda itkin düşmüş uşaq 3 gündür tapılmır


Samur-Abşeron kanalında 10 yaşlı uşaq batıb.

XeberTv.info məlumat verir ki, bu barədə “Report”a onun dayısı Tural Cavadlı bildirib.

O qeyd edib ki, bacısı oğlu, 2010-cu il təvəllüdlü Yusif Davudzadə 3 gün əvvəl təxminən saat saat 18 radələrində Samur-Abşeron kanalının “Stansiya Sumqayıt” ərazisindən keçən hissədə baş verib:

“Həmin vaxt Yusif əmisi uşaqları ilə kanalın kənarında oynayırmış. Bu vaxt Yusif ayağını suya salıb-çıxarmaq istəyib. Onun ayağı sürüşüb, kanala düşərək boğulub. Bizə Yusifin boğulması barədə yanında olan uşaqlar deyib, onlar da prokurorluq əməkdaşları tərəfindən dindiriliblər. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib axtarışa başladı. Onlar guya 3 gündür Yusifi axtarır. Lakin axtarışlar heç bir nəticə vermir, bu da bizi qane etmir, nəticə əldə olunmasını istəyirik. Deyirlər ki, axtarış aparılır, lakin bu barədə heç bir sübut yoxdur. Onlar bizə suyun altından video və fotolar təqdim etmirlər. Biz bu axtarışlara inanmırıq.

Hazırda bizi Ceyranbatan su anbarına buraxmırlar, orada kiçik bir aksiya keçiririk. Uşağımızın tapılmasını tələb edirik. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, bizim balamızın tapılması üçün ciddi axtarış aparılısın”.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki, sentyabrın 2-də nazirliyin “112” qaynar xəttinə Yusif Bəhlul oğlu Davudzadənin itkin düşməsi barədə məlumat daxil olub:

"Məlumatda hadisənin “Stansiya Sumqayıt” ərazisində qeydə alındığı bildirilib. İlkin olaraq uşağın kanala düşməsi, su hövzəsi ilə bağlı bizə məlumat verilməyib. Nazirlikdə dərhal məlumat aidiyyəti qurumlara ötürlüb və axtarışlara başlanılıb. Axtarışalara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Kinoloji Xidməti də cəlb edilib. Daha sonra araşdırma nəticəsində Yusifin yanında olan digər uşaq bildirib ki, Yusif həmin ərazidəki təxminən 2 metr dərinliyi olan gölməçəyə düşərək boğulub. Dərhal əraziyə nazirliyin xilasediciləri yönəldilib. Gecə suda xilasetmə işləri aparılıb və heç bir nəticə verilməyib. Sonra Yusifin yanında olan uşaq təkrar dindirilib. O deyib ki, “Yusif həmin gölməçədə deyil, Samur-Abşeron kanalına düşüb boğulub və mən də qorxub qaçmışam”. Ceyranbatan su anbarı ilə hazırda axtarışda olan ərazi arasında təxminən 3 km. məsafə var.

Samur-Abşeron kanalında da çox sürətli su axını var. Kanalda axtarışlara başlanılması üçün tərəfimizdən aidiyyəti qurumlara müraciət olunub. Çünki kanalda su kollektoru bağlanmalıdır. Fəslə görə də bunun bağlanması problemli olduğu üçün hələ də su kollektoru bağlanmayıb. Fəslə görə də bunun bağlanması problemli olduğu üçün hələ də su kollektoru bağlanmayıb. Hazırda sürətli su axınında xilasediciləri kanala salıb, axtarış aparmaq mümkün deyil. Bir daha vurğulayıram ki, bütün bu axtarış işləri ehtimallar üzərində axtarılır. Çünki Yusifin yanında olan uşağın ilkin olaraq dediyi yerdə axtarış aparılıb. Uşağın dəqiq harada batdığı məlum deyil”.

XeberTv.info

Digər xəbərlər

Parlamentdə bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib
Sergey Lavrov Bakıda, İlham Əliyevlə görüşdə
Millimiz UEFA Millətlər Liqasında son oyununa çıxıb
Yoluxanlarla bağlı bu günə olan statistika
Salyanda azyaşlı kanala düşərək boğuldu
Bakıda avtomobil evakuatorla toqquşdu
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı - VİDEO
İcra başçısı karantin qaydalarını pozaraq, içki məclisi təşkil etdi - VİDEO
Düşmənin kəşfiyyat-diversiya qrupu belə məhv edildi - Video
Neftçilər xəstəxanasında " Növbəti qurban O oldu."- Ramina Eyvazqızınln acı fəryadı...
İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdi
Mingəçevirdə ana və uşaqlarını maşın vurdu
Beynəlxalq karate yarışı Heydər Əliyev Mərkəzində keçiriləcək -
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR...
Prezident: "Sizin onlardan xoşunuz gəlirsə, verin Marsel şəhərini, onlara orada ikinci dövlət yaradın"
Prezident Natiq Qarayevlə bağlı sərəncam imzaladı
Direktorların işə qəbulu üzrə imtahanlar başlayır
Ağdamdakı Birgə Monitorinq Mərkəzindən reportaj - VİDEO
Azərbaycanda ötən ay 12 nəfər dərmandan zəhərlənib
İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
Eldəniz Quliyev Milli Şuradan istefa verdi
Ceyhun Bayramov xarici işlər naziri oldu
“Digər icra başçıları rüşvət almağa davam edirlər”
Yoluxanların sayı 1000-dən aşağı düşdü
Əli İnsanov iqtidar dairələri ilə anlaşıb?
Sahil Babayev, bu ailənin pulunu kəsmək nə qədər ADİLDİR? -  VIDEO
Daha bir xəstəxananın şöbə müdiri saxlanıldı - Rüşvətə görə
Bu qidalar xərçəngə gedən yoldur.
Arnold Şvartseneqqer qəzaya düşdü -
Erməni tankının Şuşada Azərbaycan Ordusu tərəfindən məhv edilmə anı - VİDEO
{sape_links}{sape_article}