Son dəqiqə
5-09-2020, 14:49
734

Bakıda “KamAZ” sürücüsü qəsdən kişinin üstündən keçdi

Bakıda “KamAZ” sürücüsü qəsdən kişinin üstündən keçdi


Bakıda piyadanı yük avtomobili ilə vuraraq ölümünə səbəb olan "KamAZ” sürücüsünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb.

XeberTv.info APA-ya istinadən məlumat verir ki, bu il martın 21-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Zahid Ömərovun sərxoş halda idarə etdiyi "KamAZ ” markalı, 10-UA-651 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada 1985-ci il təvəllüdlü Abdullayev İsmayıl Yaşar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Ömərov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Lakin daha sonra Z. Ömərovun hadisəni qəsdən törətdiyi ortaya çıxıb. Ona verilən ittiham dəyişidirilib. Z. Ömərərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan ibtidai istintaq başa çataraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər xəbərlər

İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
“Zəfər” ordeninin statusu məlum oldu
Bakıda iki qızı vəhşicəsinə döyüb yola atdılar
Sabah YAP MSK üzvlüyünə namizədlərini müəyyənləşdirəcək
Erməni silahlılar Bəyanatdan sonra Qarabağa gəlib - FAKT
ŞÖBƏ RƏİSİ GÜNAHI GENERALA, O DA QARALOVA ATDI -
Vüqar Bayramov qardaşının həbsindən DANIŞDI
Qayınana hadisə yerində, qayınata isə xəstəxanada öldü: Prokurorluq dəhşətli cinayət barədə məlumat yaydı
İyulun 15-nə olan hava proqnozu
Rafiq Bayramovla Zakir Sultanovun da həbs müddəti uzadıldı
Xəzərdə zəlzələ oldu
“Ayaks” çempionluq kubokunu əridib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanıldı - FOTOLAR
DTX açıqladı: Neftçaladakı əməliyatda kimlər tutuldu... - Adlar və vəzifələr/Video
Azərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib
Sabah 25 dərəcə isti olacaq
Bakıda vəkil intihar etdi
Saleh Məmmədovun işçisindən ŞOK AÇIQLAMA
Model dəfilə zamanı podiumda yıxılıb öldü - Video
"Kiyevdə 50-yə yaxın səfirlik fəaliyyətini bərpa edir" - Zelenski
Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -
`QARA MASKALI`lar SDU rektorunun QAPISINI DÖYƏCƏKMİ? -
Zaur Mikayılov kollektivə təqdim edildi
MİDA yeni BAZARLIĞA HAZIRLAŞIR... - Əliniz cibinizdə olsun...
Xudatda narkotik satışına görə iki nəfər TUTULDU
Prezident işdən çıxarılan icra başçılarından danışdı
İpoteka və Kredit Zəmanət Fondundan kirayə mənzillərlə bağlı MÜHÜM AÇIQLAMA
Sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd etdi: Saxlanılanlar var
Novxanıda gənclər və yeniyetmələr arasında narkotiki təbliğ edən şəxs saxlanılıb - FOTO - VİDEO
{sape_links}{sape_article}