Son dəqiqə
7-09-2020, 10:18
701

Əfqanıstan şirkətinin Azərbaycandan aldığı maye qaz gömrükdən buraxılmadı

Əfqanıstan şirkətinin Azərbaycandan aldığı maye qaz gömrükdən buraxılmadı


Əfqanıstanın özəl şirkətlərindən birinin Azərbaycandan idxal etdiyi 60 tanker (söhbət maye qaz daşımaq üçün dəmiryol sisternlərindən gedir,-red.) maye qaz gömrükdə saxlanılıb və ölkəyə buraxılmır. Buna səbəb maye qazın olduqca keyfiyyətsiz olması və Əfqanıstan standartlarına cavab verməməsidir.

Yerli “TOLOnews” portalının bildirdiyinə görə, hazırda həmin maye qaz dolu tankerlər Əfqanıstanın qərbi Herat əyalətinin Türkmənistanla sərhəddə yerləşən Torqundi sərhəd-keçid məntəqəsində, gömrükdə saxlanılır. Sənədlərə əsasən idxal edilən qaz Əfqanıstanın tələblərinə cavab vermir. Rəsmi şəxslər deyiblər ki, tankerlər Torqundi gömrüyünə bir neçə gün əvvəl daxil olub. Məmurlar bildiriblər ki, “Omran Shukran” adlı özəl şirkət tərəfindən idxal edilən qaz istifadə üçün “təhlükəlidir” və onlar qazın ölkəyə daxil olmasına mane olacaqlar.

Əfqanıstan hökumətinin idxal qaz üçün tələblərinə əsasən onun tərkibində butan 60-70 faiz təşkil etməlidir. Qalan 30-40 faizi isə propandan ibarət olmalıdır. Lakin həmin şirkətin idxal etdiyi qazın keyfiyyətini yoxlayan zaman məlum olub ki, onun tərkibində propanın səviyyəsi cəmi 10 faizdir, butan isə ümumiyyətlə, sıfır faizdir.

“Normativlərə və standartlara nəzarət edən orqanlar idxal edilən qazı ölkə sərhədlərində yoxlayır, əgər idxal edilən yanacaq aşağı keyfiyyətdə olarsa onlar həmin malı geri qaytarırlar, əgər standartlara uyğun olarsa ölkəyə buraxırlar”,-Herat qubernatorunun mətbuat katibi Cailani Fərhad bildirib.

Herat vilayətinin norma və standartlar üzrə İdarəsinin rəhbəri Xeybər Musmir isə bildirib ki, onlar hələlik Azərbaycandan idxal edilən həmin 60 tanker qazın keyfiyyətini yoxlamayıblar.

Məlum olub ki, şirkət Azərbaycandan cəmi 700 tanker maye qaz alıb və yaxın günlərdə onu Əfqanıstana idxal etmə istəyir.

“Əgər Herata daha aşağı keyfiyyətli qaz daxil olsa o, bazarda daha dürüst işləyənlərin diqqətini cəlb edəcək”,-Heratın ticarət-investisiya palatasının rəhbərinin müavini Abdulla Dəşti belə deyib. Qazı idxal edən şirkətin nümayəndələri isə jurnalistlərin suallarına cavab verməyiblər. (Virtualaz.org)

XeberTv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"