Son dəqiqə
11-09-2020, 18:24
962

Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO

Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO


Dubay kralının ailəsindən olan şeyxlə ailə həyatı qurmuş azərbaycanlı qadın video müraciətlə çıxış edib.

Zeynəb Cavadlı “Instagram”a yüklədiyi videolarda qeyd edir ki, ərindən ayrılandan sonra doqquz aydır ki, Səid bin Məktum bin Rəşid Əl Məktumun adamları onu təqib edirlər. Qadın iddia edir ki, bu şəxslər onun övladlarını oğurlamağa çalışırlar.

Qeyd edək ki, keçmiş azərbaycanlı gimnast Zeynəb Cavadlı Dünya və Avropa çempionatlarının qalibi, idman ustasıdır.

Z. Cavadlı 2015-ci ildə 23 yaşında 43 yaşlı şeyxlə ailə həyatı qurub. Onların ailəsi doqquz ay bundan öncə dağılıb və Z. Cavadlı kral sarayından ayrılaraq uşaqları və valideynləri ilə yaşadığı şəxsi villasına köçüb.

Z. Cavadlının Səna, üç yaşlı Asiyə və bir yaşı olan Salamə adlı üç qız övladı var.

Qeyd olunur ki, Z. Cavadlının əri öz ölkəsində nüfuz sahibidir. Güllə atıcılığı üzrə keçmiş Olimpiya çempionunun daha iki həyat yoldaşı və 11 uşağı var. Onun iki həyat yoldaşından biri - Nataliya Əliyeva da azərbaycanlıdır.

Videoda Z.Cavadlı şeyxin adamlarının onun evinə gəlməsindən narahatlığını ifadə edir. Keçmiş gimnast video müraciətində vurğulayır ki, övladlarını kənar adamlara verə bilməz, belə bir qanun yoxdur.

Azərbaycanlı qadın son doqquz ayda fiziki və mənəvi istismarla müşahidə olunan təqiblərə məruz qaldığını iddia edir.

“Bunların hamısını şeyxin işlərini idarə edən şəxs həyata keçirirdi. Heç kim mənə kömək etməyə çalışmadı, onlar söylədilər ki, “bu, şeyxin problemidir, biz heç nə edə bilmərik”, - Z. Cavadlı bildirib.

Videoda balaca uşağın malikanənin həyətində toplanan şəxslərə “Siz bizi heç yerə apara bilməzsiniz” dediyini də eşitmək mümkündür.

“Yemək, su, heç nə yoxdur. Onlar qapımı sındırıb uşaqlarımı qaçıracaqlar”, deyə keçmiş gimnast qeyd edir.

Z. Cavadlı məruz qaldığı təqiblərə dair dəlillərin olduğu mobil telefonunun da əlindən alındığından şikayətlənir. Dostları ehtiyat edirlər ki, o, saxlanılıb, belə ki, “Instagram”dakı yayımından sonra dəfələrlə Z. Cavadlı ilə əlaqə saxlamaq cəhdlərinə baxmayaraq, ondan məlumat ala bilməyiblər. Onun övladlarının harada olduğu da məlum deyil.

“Instagram”dakı başqa bir videoda isə villanın ikinci mərtəbəsində olan Z.Cavadlının açıq-aydın məyus olduğu görünür, arxa planda isə qışqırıq və fəryad səsləri eşidilir. Dostlarından birinin dediyinə görə, Z.Cavadlıdan artıq bir neçə saatdır xəbər yoxdur.

Onlar vurğulayır ki, dostları son doqquz ay ərzində çox əziyyət çəkib.

“O, uşaqları ilə birlikdə Dubayı tərk edib daha azad bir həyat yaşamaq istəyir, lakin şeyx heç vaxt buna imkan verməz. Ümid edirəm ki, o, təhlükəsiz yerdədir, amma heç kim ona kömək edə bilmir. Zeynəb hətta kömək üçün Azərbaycan səfirliyinə də müraciət edib, amma oradan bildirilib ki, heç bir köməklik edə bilmirlər”, deyə Z. Cavadlının dostu təəssüf hissi ilə fikrini tamamlayıb.(vesti.az)

Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO


XeberTv.info

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}