Son dəqiqə
Dünya
16-09-2020, 18:03
1 143
Daha bir erməni hərbçi həlak oldu

Ermənistanın Qeqarqunik rayonunda “Mersedes” markalı avtomobilin Sevan gölünə (Göyçə gölü) düşməsi nəticəsində Ermənistan ordusunun 32 yaşlı qadın hərbi qulluqçusu Nune Avetisyan ölüb.
XeberTv.info bildirir ki, bu barədə shamshyam.com məlumat yayıb.
Qəza Çovaqyux-Şorja-Vardenis yolunun 53-cü kilometrliyində baş verib. Qəzada ölən sürücü- hərbçi Nune Avetisyan Sünik əyalətinin sakini olub.
Xatırladaq ki, bu gün Ermənistan ordusunun daha bir hərbçisi Ovik Nelsonoviç Tamazyan da naməlum şəraitdə ölüb.