Son dəqiqə
Şou / Dünya
17-09-2020, 17:42
712
Halil Sezai hakim qarşısına çıxarılır

İstanbulda qonşusunu döyən müğənni Halil Sezai həbs olunma tələbi ilə məhkəmədə hakim qarşısına çıxarılıb.
XeberTv.info türk mediasına istinadən məlumat verir ki, ötən gün ifadə verərək sərbəst buraxılan sənətçi silahla qəsdən yaralama, təhqir, mülk toxunulmazlığını pozmaq və təhdid etmədə ittiham olunur.
Qeyd edək ki, Tuzlada çəkilişə etiraz etdiyi üçün 67 yaşlı qonşusu Hüseyn Meriçi döyən məşhur müğənni baş verənlərlə bağlı açıqlama yaymış, qarşı tərəfdən üzr istəmişdi.